Karen Armstronqun çox böyük zəhmət bahasına başa gəlmiş bu kitabı, Tanrının və dinlərin 4000 ildə, insanlar üzərindəki dəyişikliyinin hekayəsini çatdırır. Kitab, ilkin dövr Tanrılarından başlayaraq, hər cür inancla bağlı Allah məfhumunu əhatə edir. Bunu edərkən isə, bütün müqəddəs mətnlərdəki, mifoloji kitablardakı ifadələrdən, fərqli dini məlumatların, elm adamlarının, filosofların hətta və hətta saxta peyğəmbər və təriqət başçılarının yazılarından, müvafiq bölmələr təqdim edərək, insan ruhundakı Tanrı həqiqətinin 4000 il ərzində neçə mərhələdən keçdiyini bizə olduqca obyektiv bir şəkildə göstərir. Şübhəsiz, eyni zamanda din mövzusunun hansı mərhələlərdən keçərək indiki şəklə gəldiyini də ətraflı izah edir.
Yuxarıda qeyd olunduğu kimi, zəngin mənbələrdən istifadə olunması, istinad və izahlar, kitabın oxunmasını çətinləşdirə bilər. “Tanrının tarixi”, hər hansı bir roman kimi sürətli şəkildə oxunacaq axıcı bir kitab deyil. Səbrlə və düşünərək, insanın məlumatları həzm edə-edə sahiblənəcəyi bir əsərə xas xüsusiyyətlərə sahibdir.
Kitabın çatdırmaq istədiyi məlumatlara yetişməyimiz üçün yüzlərlə mənbədən xəbərdar olmağımız tələb edilə bilərdi. Buyurun, klassik fəlsəfə və orta əsr mistizmindən İslahat, Aydınlanma, müasir skeptizm dövrünə qədər olan mərhələni təsvir edən Armstronq, təkallahlı dinin tarixini ardıcıllıqla nəzərdən keçirir, yəhudilik, xristianlıq və islam ənənəsini mərhələ-mərhələ araşdırır, hər üç müqəddəs kitabdan sitatlar gətirərək, topladığı bütün məlumat və araşdırmaları əlinizdə tutduğun kitabda cəmləşdirib təqdim edir.
ISBN:
2000923376402
Janr:
Fəlsəfə
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Karen Armstronq
Səhifə sayı:
600
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 3
Tərcümə o qədər uğurlu idi ki, kitabın ideyasını və hisslərini tam mənası ilə qavraya bildim. Kim oxumaq istəsə mən məsləhət görürəm.
İki saat əvvəl sifariş verdiyim kitab artıq əlimdədir. Bakıda ən sürətli çatdırılma mən deyərdimki, Ali və Nino mağazasında olur. Hər zaman var olin!
Öncələri rahibə, hazırda isə agnostik olan müəllif din tarixi mövzusunda yazdığı kitabları ilə bilinir. Ən sevdiyim özəlliyi mümkün dərəcədə obyektivliyini qorumağa çalışmasıdır. Bir neçə kitabını səvərək oxumuşam. Başlanğıc və bəlkə də orta səviyyə üçün faydalı kitablardır.
Bənzər məhsullar
Bununla birlikdə alırlar