Bu kitab Vilyam Urbanın qırxillik tədqiqatları və yazıçı əməyinin yekunudur.
“Tevton ordeni” əsəri ingilis dilində ilk araşdırma və XX əsrdə
dünyada bu mövzuda yaradılmış ilk irihəcmli tədqiqatçı-yazıçı əməyidir.
XII əsrdə Akrada yaradılan bu təriqət (lat. teutonicus – almanlara məxsus)
dini-cəngavər ordenidir və Səlib yürüşləri dövründə əhəmiyyətli rol
oynayıb. Dini fanatizm və amansızlıq, alicənablıq və asan qazanc əldə etmək
ehtirası – bütün bu hisslər xaç yürüşlərinin əsrlər boyunca davam edən
dramatizm ilə dolu tarixində, xristian dünyasının sərhədlərinin genişləndirilməsindən
ötrü göndərilmiş hərbi ekspedisiyalarda öz rolunu oynayıb və
təzəcə formalaşmağa başlayan Avropa mədəniyyətində dərin iz buraxıb.
Bu kitab hərb tarixinin ən əhəmiyyətli dövrünün dərk edilməsinə, orta
əsrlər siyasətinin mürəkkəbliyinin anlaşılmasına, insan davranışının sərhədlərinin
və müasir alimlərin keçmişi öyrənərək, gələcəyin yollarını tapmasına
yardımçı olacaq. Görünür, tarixi öyrənən zaman insanlar – millətçilik kabusları
və siyasət uydurmalarından azad olurlar. Ona görə də, bu kitab sizin
zamanın dərinliklərinə – geriyə, Orta əsrlərə, həm kişi, həm də qadınların
nə bizdən yaxşı, nə də bizdən pis olmadığı, amma bizlərdən fərqli olduğu
dövrlərə səyahətinizdə bələdçiniz olacaq.
Tevton ordeni...
Rusiyada o, hər şeydən əvvəl alman rıtsar-köpəkləri, almanların
şərqə ekspansiyası, Buz döyüşü və özlərini ordenin
davamçıları elan edən nasistlərlə assosiasiya olunur.
Vilyam Urbanın kontinentin tarixi fonundakı unikal tədqiqatlarında,
demək olar ki, onun yaradılmasından süqutuna
kimi, – ordenin üç yüz illik tarixi araşdırılıb təqdim olunmuşdur.
Müqəddəs torpaqlarda müharibə – Livoniyadakı səlib yürüşləri,
ərazilərlə əlaqədar Polşa ilə toqquşmalar – Litvanın xristianlığa
qəbul edilmə mərasimləri, Tannenberg yaxınlığındakı
döyüşlər – və Baltikyanıda ordenin sonu.
Orden tarixinin mərhələləri, onun qələbə və məğlubiyyətlərinin
salnaməsi belədir...