Şərq ölkələrindən birinin səfiri Milad bayramını ən yaxın adamları ilə qeyd etmək üçün Londonda gözdən-könüldən uzaq bir malikanədə ziyafət təşkil edir. Səfir Sultanov məclisə yalnız özününküləri dəvət edib. Onun oğlu, istedadlı gənc diplomat İlqar öz arvadı ilə İsveçrədən gəlib, qızı Gulsum isə zəngin biznesmen əri ilə... Səfirin ən yaxın dostu, keçmiş mafioz və multimilyoner Muxtarov və onun gənc fotomodel arvadı da qonaqlar arasındadır... Bu adamlardan biri ev sahibinin konyak qədəhinə zəhər tökür. Bəs qatil kimdir? Mərhum səfirin diplomat oğlu araşdırmaya başlayır və tədricən hamıdan şübhələnir. Hətta atasının zorla ərə verib həyatını zəhərlədiyi bacısından da... Hətta atasının daimi xəyanətlərindən bezən doğma anasından da... Hətta səfirin gizli sevgi əlaqələrinin olduğu, onun ölümündən bircə saat sonra isə müəmmalı şəkildə güllələnib öldürülən fotomodel Lenadan da... Yaxınlarının hamısı səfirə nifrət edirdi. Bəs onu kim öldürdü?
Məhsulun kodu:9789952313710
Janr:
Detektiv
Nəşriyyat:
Teas Press
Cild:
Yumşaq
Müəllif:
Çingiz Abdullayev
Səhifə sayı:
224
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər4
Çingiz Abdullayevin hər bir əsərini səbirsizliklə gözləyirəm. Çox maraqlı və düşündürücüdür.
Kitabın quruluşu və personajların inkişafı o qədər gözəldi ki, mən hər bir səhifəsindən zövq aldım. Ümumiyyətlə, Çingiz Abdullayevin əsərini oxumaqdan həmişə zövq alıram.
Çingiz Abdullayev kitablarının geniş oxucu kütləsi var. Onlardan biridə mənəm! Dedektiv oxumaq istəyəndə yalnız Abdullayevə müraciyət edirəm. Hər oxuyucuya da məsləhət görürəm!
Mükəmməl əsərdir, çox xoşuma gəldi. Bu qədər bəyənəcəyimi özümdə gözləmirdim. Sizə də tövsiyə edirəm.
şərhlər4