Müəllifin "Ağrı mələyi: onun ruhunun dörddə üçü" əsəri Dronqonun çox bacarıqlı bir manyakla əlbəyaxa vuruşmasından əlavə, həm də bir beyin savaşıdır. “Stafford qəssabı” adi cinayətlərlə kifayətlənməyərək artıq xəfiyyələrlə oynamaq qərarına gəlmişdir.
Budur, o, onlarla qadını öldürən “Stafford Ripper” adlı tutulmaz manyakdır. Onu axtaran, İnterpolun ən yaxşı agentlərini dəf edir. Deyəsən, şeytan özü ona kömək edir, əks halda əfsanəvi ekspert xəfiyyə Dronqonun bu fanatikin pəncəsinə düşməsini necə izah etmək olar?
O, hər dəfə törədəcəyi növbəti cinayətinin vaxtını, yerini əvvəlcədən xəbər verməklə, sanki onları duelə çağırırdı. Burada da Dronqonun çox sevdiyi Luizanı hədəf seçən cani ona meydan oxuyur.
Oxucu yüksək analitik qabiliyyətinə malik olan ekspertlər qrupunun peşəkarcasına işləməsini, xüsusilə də, Dronqonun ağlagəlməz tryuklarını, Luizanın çılğın italyan xarakteri ilə ona qarşı sevgisini daim böyük maraqla izləyir.
Kitabı oxuyarkən hər yeni fəsildə daha çox təəccübləndim. Əsər məni tamamilə özünə cəlb etdi.
Sona
Detektiv janrını sevən hər kəs üçün Çingiz Abdullayevin kitabları tövsiyyə edirəm. Mən hal hazırda bu kitabını oxuyuram. Qəribə olan odurki, Çingiz bütün əsərlərini dedektiv janırda yazır. Amma biri-birindən tam fərqli mövzuları olur. Bu vaxta kimi oxuduğum heç bir kitabında təkrarçılıq hiss etməmiş. Bu əsərindəki süjet dolanbacları və gözlənilməz hadisələr məni kitabdan ayırılmağa qoymurdu. Qısa bir vaxtda oxuyub bitirdim.
Yaşarov Xəzər
Çingiz Abdullayevin kitablarını oxumağı çox sevirəm və bir neçə dəfə sidən sifariş etmişəm. Hər dəfə də məmnun qalmışam. Kitabların mövzuları çox maraqlı və düşündürücüdür. Abdullayevin detektiv janrına gətirdiyi yeni nəfəs və təsvir etdiyi məkanlar, hadisələr məni özünə çəkir. Mən dedektiv janrda kitab oxumaq istəyəndə yalnız Abdullayevə müraciyət edirəm.
Emil
Bu kitabı oxudum və sonra yenidən oxudum. Əsər gözlənilməz sürprizlərlə doludur və bu da mənə təsir etdi.
Telman
Bu detektiv kitabını aldım və bir gün ərzində bitirdim. Çox maraqlı kitabdır. Hadisələr gözəl təsvir olunur.
Məcid
Çingiz Abdullayev həqiqətən mükəmməl yazır. Kitabı oxuduqca oxumaq istəyirəm.
Səbirə Kamalova
Çingiz yazdığı kitabların hər səhifəsində oxucusunu təccubləndirməyi, həyacana bürüməyi bacarır. Oxuduqca dahada dərinliyə çəkirdi kitam məni.
Sevda
Nəhəsimi dərmedən oxuyub bitirməyə çalışırdım. Kitab oqeder maraqlıdır ki, ayrılmaq olmur.
Füzuli
Maraqli və sürükleyici təfəkkür tələb edən detektiv kitabdir. Hər bir qehreman özünü müxtəlif üsulla təqdim edir və hər birini tanimaq olduqca maraqli idi.
Firəngiz
Möhtəşəm bir romandır, oxuduqca oxumaq istəyirəm.
Sənubər
Bu gecə səhərə kimi oyaq qalıb Çingiz bəyin kitabını oxumuşam. Müəllif elə maraqlı yazırki kitabdan ayrılmaq olmur.
Yusif Əhmədli
Qardaşıma yeni il hədiyyəsi olaraq aldım, çox xoşuna gəldi. Göstərdiyiniz xidmətə görə də təşəkkür edirəm.
Sərvər
Sevdiyim yazarın, sevdiyim əsəri 👍👍👍
Nəzrin
Kitabı əlimdən qoya bilmirəm. Çox axıcı kitabdır.
Mənsimov Məcid
Nə vaxt ki Çingiz Abdullayevdən kitab oxumağa başlasam. Bütün ətrafdan ayrılıram kitab məni tam özünə bağlayır.
Maya
Sevimli yazarım, sevimli əsərim. Möhtəşəmdir.
Seymur
Çingiz Abdullayevin bütün əsərlərini sevərək oxuyuram. Hər biri möhtəşəmdir.
Sefa Kamilqızı
Kitabı əlimə aldim, oxumağa başladım. Birdə baxdım ki, saatlar keçib. Əsər o qədər maraqli idi ki, vaxtın necə keçdiyini hiss eləməmişəm.
Həcər
Oxuduğum ən maraqlı kitablardan biridir 😍😍👍
Günay
Çingiz Abdullayevin ən çox sevdiyim əsərlərindən biridir.
Hicran
Mükəmməl əsərdir. Bu qədər çox bəyənəcəyimi özümdə gözləmirdim, amma çox xoşuma gəldi.
Asya
Fine
Ayna
İndi fərqinə vardım ki, oxuduğum ən marağlı kitabları ya sizin mağazalarınızdan almışam yada saytınızdan zakaz eləmişəm.
Səma
Heyranlıqla oxudum,👍😍❤️
Toğrul
Hər zamankı kimi, yenə bir möhtəşəm əsər oxudum
Hikmət
Çingiz Abdullayev Azərbaycan detektiv ədəbiyyatında görkəmli addır. Onun detektiv romanları cəlbedici və sirli hekayələri ilə tanınır.
Mahmud Mahmudov
Çingiz Abullayevin kitablarını ona görə bəyənirəm ki, detekdiv janrda yazmağına baxmayaraq hər əsərində fərqli obrazlar, fərqli həyat hekayələri olur. Mən Abdullayevin beş kitabını oxumuşam. Heç birində bənzərlik tapmadım. Hadisələr, qəhrəmanlar, unvanlar hamisi ayrı-ayrı senarilərdə yazılmış kitablar idi. Ona görə bəyənirəm Çingizin qələmini.
Intiqam
Mən deyərdim ki, detektiv janrı, müxtəlif elmi bilikləri də oxuculara öyrətmək məqsədilə istifadə edilir. Çpx bəyənirəm bu janrı
Ceyran
Həyəcanla oxuduğum kitablardan biridir.
Bəhlul
Bir kitabın müəllifi Çingiz Abdullayevdirsə mən o kitabı oxumasam olmazdı. Artıq sifarişimi etdim. Inşallah tez gələr oxuyaram.