Mən kitab oxumağa bir çox həmyaşıdlarımdan biraz gec başladım.Haradsa 7-8 il olar. Amma gec başlamağıma rəğmən, kitablar mənim həyatımın əsas və ayrılmaz hissəsinə çevrildilər və bir gün bu sevgi məni Ali & Nino mağazalar şəbəkəsinə gətirdi.

Burada mən istər mağazamıza gələn müştərilərlə, istərsə də iş yoldaşlarımla kitabları, yazıçıları müzakirə etməyi çox sevirəm.

İstədim ki, siz də mənim bu kiçik bloqumda mənim sevdiyim bir neçə kitab ilə tanış olasınız.

 

Fyodor Dostoyevski-Cinayət və Cəza

«Cinayət və Cəza» mənim üçün yenidən oxumaq istədiyim kitablardan biridir.Əsəri oxuyarkən bizi əhatəmizdə olan çoxlu sayda problemləri istər-istəməz düşünməyə vadar edir.Amma bütün bunlara baxmayaraq, mən yenə də özüm üçün həmişə mövcud olan və ən vacib problemləri ayırdım. Daima aktual olub və varolacaq problemləri.Bu, zorakılıq və ədalətsizlik kimi problemlərdir.Məncə, bir çoxları bu problemlərlə rastlaşıb.Dostoyevski, bizi bir anlığa dayanıb düşünməyə vadar edir ki, insanlar niyə axı belə davranırlar və həyatda niyə bu qədər haqsızlıqlar baş verir?
Baş qəhraman Raskolnikov yoxsulluq üzündən təhsilini tərk etmiş keçmiş tələbədir. O, qürurlu və güclü şəxsiyyətdir. Raskolnikovun öz nəzəriyyəsi var idi, ona görə bütün insanlar öz növünü yaratmaqda və itaət etməkdə olan "adi"lərə və böyük məqsədlər naminə cinayət törətmək "hüquqi olan" xüsusi olanlara bölünürdü.Raskolnikov əsas məqsədi dünyanı daha yaxşı bir yerə çevirmək, onu ədalətsizlikdən xilas etmək istəyi idi.Amma Raskolnikov cinayəti ilk növbədə özünü sübut etmək üçün edir ki, o, “titrəyən məxluq” deyil, qətl törətməyə icazə verilən adamdır. “Cinayət və Cəza” zorakılıq problemini açan ən parlaq nümunədir.Törətdiyi cinayətdən sonra Raskolnikov vicdan əzabı çəkir, özünə xəyanət etməkdən, əlavə addım atmaqdan qorxur. F.M. Dostoyevski zorakılığı pisləyir, o, qəhrəmanın qızdırmalı vəziyyətini, qətldən sonra Raskolnikovun keçirdiyi mənəvi işgəncələrini öz əsərində göstərir.
Dəhşətli təsvirlər daha dəhşətli təsvirlərlə əvəzlənir, qəhrəmanlar dözülməz iztirablar və ədalətsizliklər dünyasında olurlar.
Fyodor Mixayloviç Dostoyevski bizə cəmiyyəti olduğu kimi göstərdi: qeyri-bərabər bölünmə, yoxsulluq, kiçik otaqlardakı dəhşətli şərait, ümidsiz vəziyyətdə əziyyət çəkən insanlar. Romanda daha çox oxşar obrazlar var, onların həyatından anlayırıq ki, təkcə onlar deyil, bütövlükdə cəmiyyət belə yaşayır.

 

Alexandra Kavelius-Leyla

Mənə görə psixoloji olaraq oxuduğum ən ağır əsələrdən biri hətta birincisidir deyə bilərəm.Əsər, müharibə dövründə bir qızın həyatından, əsir düşməyindən, başına gətirilən iyrənc işgəncələrdən və əsirlikdən qurtulduqdan sonra psixoloji zehni olaraq travmaları atlada bilməməkdən bəhs edir. Burada eyni inancdan, eyni millətin belə bir-birinə qarşı necə amansız davranmasından söhbət gedir.Bu əsəri oxuyandannsonra bir daha anladım ki müharibə.. heç kimə lazım deyil. Sadə insanlar sadəcə həyatlarını yaşamaq istəyirlər. İnsanlar ayılmalıdırlar. Daima oxumalı, daim öyrənməli daima özlərini inkişaf etdirməlidirlər.Düşünürəm ki, yalnız bunlardan sonra biz yaşadığımız bu dünyanı dünyanı cənnətə çevirə bilərik.

 

Franz Kafka-Çevrilmə

Çevrilmə mənə görə yüngül oxunulan lakin dərin mənası olan, insanı düşündürən kitabdır.Burada siz bir gəncin bir anda böcəyə çevrilməsindən və bundan sonra həyatını həsr etdiyi ailəsi, sevdikləri tərəfindən necə lazımsız birinə dönüşdüyünü görə bilərsiniz.Bu kitab nazik kitab olsa da içərsində oxuduqlarınızdan sonra sizin daxilinizdə dərin bir iz buraxacaq.

 

Miguel de Unamuno-Abel Sançes

“Abel Sançes” Habil və Qabil hekayətinin Miqel de Unamunonun qələmində yenidən canlanması, iki uşaqlıq dostunun keşmə-keşli həyat hekəyəsindən bəhs edir.Xuakin öz uşaq dostu olan Abelə paxıllıq edir, daima onun kimi olmağa, onun həyatını yaşamğa çalışır.Xuakin ömrünün son illərinə qədər dostuna paxıllıq edərək, haqqında mənfi fikirlər beynində canlandıraraq yaşayır.O, zamanla paxıllıq etdiyi adamın taleyini diqqətlə izləyir, onun ləyaqətini aşağılayır.

 

 

Ştefan Sveyq - Yad qadının məktubu

Açığı mən bu kitabı oxuyanda təsirləndim və eyni sətri dönə-dönə oxuduğumu da xatırlayıram. Yad qadından yad kişiyə məktub.Həyatını bir məktuba yığan qadının həyatı.Yaşı olduqca az, sevgisi isə bir o qədər böyük olan bir qadının hekayəsi də deyə bilərik. Siz sevdiyiniz insan tərəfindən unudulursunuz və siz onun gözündə naməlum bir simaya çevrilirsiniz.Siz onun hər ən xırda tərəfinə fikir verərkən, onun hər addımını əzbərləyərkən o heç sizin üzünüzü belə xatırlamır, baxmayaraq ki siz onunla dəfələrlər üz-üzə gəlmisiniz.Düşünürəm bu illərlər sevən tərəf üçün çox acınacaqlı bir halldır.Bir saat ərzində fasilə verməyərək oxuduğum bu qısa qarşılıqsız sevgi hekayəsini sizə şiddətlə tövsiyyə edirəç👌🏻 Stefan Zweig bu hekayəsində dəninsan psixlogiyasının dərinliklərinə qədər enib, hissləri çox gözəl ifadə edib.