Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Kamillanın kitabları

Filmlər, kitablar, musiqi, bir sözlə, yaradıcılıq həyatımın böyük bir hissəsini tutur.  Kitablara minnətdaram ki, onlar sanki öz dövrünün ən böyük insanları ilə söhbət etmək, başqa həyatlara qərq olmaq, bələdçilik etmək, ilham vermək şansı verirlər. 
Mən ixtisasca jurnalistəm ona görə də oxumaq mənim üçün xüsusi əhəmiyyət kəsb edir, kitabları oxuyaraq həm məlumat alıram həm də nitqimi inkişaf etdirirəm.
Kitab tövsiyələrimi sizlə paylaşıram və ümid edirəm ki, bəyənəcəksiniz, instaqram səhifəmizdə də kitab tövsiyələrimə baxa bilərsiniz. Öz instagram səhifəmdə də sizi gözləyirəm.💗

 

103475893_3352395424804748_2309134803449383857_n.jpg

F.Kafka “Atama məktub”

F.Kafkanın yaradıcılığını ona görə sevirəm ki,onun əsərləri həyatını tam əks etdirir.  Keçmişimizdə baş verən hadisələr gələcəkdə necə bir insan olacağımıza təsir edir. Kafka tam olaraq bu ideyanı irəli sürürdü bu məktubda. Yazıçının atası ilə çətin münasibəti olub.İkisi tam fərqli insanlar olublar.Bəzi mənbələrə görə, Kafka bu məktubu yazannan sonra,anasından məktubu atasına verməyini istədi,amma anası onun bu istəyini yerinə yetirmədi və Kafkanın atası oğlunun necə hisslər keçirdiyini elə də öyrənmədi.

 

 

27368476_1878638158847156_8564584831215920008_o.jpg

U.Qoldinq “Milçəklər tanrısı”

Qoldinqin “Milçəklər tanrisi” kifayət qədər çətin,distopik romandır, mənə elə gəlir ki, müəllifin məqsədi insanları sosial mühittən uzaqlaşdırsaq onların necə olacaqlarını göstərmək idi. Romanda,rasional düşüncəynən(Ralf)irrasional düşüncəyə (Cek)ziddiyyətini əks olunur.

 

ermis-halil-cibran.jpg

Halil Cibran “Ermiş” 
Bu yazıçının yaradıcılığı ilə yaxınlarda tanış oldum və çox bəyəndim.Ermiş və ya bizim dilimizdə peyğəmbər insanların suallarını cavablandırı.Suallar isə həyatımızın parçaları olan məqamlara aiddir.Sevgi,evlilik, sevinc və kədər, uşaqlar, dostluq, ümid, xeyir və şər,vaxt,azadlıq, ehtiras, özünü tanıma, dua, gözəllik,yaşam və ölüm.Bu kitab ən başdan və sonuna kimi aforizmlər və nəsiyyətlərdir.

Corc-Oruell-1984 (1).jpg

Corc Oruell “1984”
Yazarın ən əhəmiyyətli əsəri.  Mənim üçün bu əsərin siyasi romanların modelidir, distopiya olan bu roman sıx Yevgeni Zametinin “ Biz” kitabıynan sıx bağlıdır. Əsas problematika - totalitar rejimin problemidir,insanın azadlıq haqqının olmaması.Müəllif üçün totalitar rejimin vaxtında mövcud olan nifrət və qorxunu bizə çatdırmaq vacib idi.İnsanlar öz fikirləriynən deyil,hakimiyyətin olara dedikləri fikirlərnən yaşamaq məcburiyyətində olmuşdular.

 

VHdNSxDR.png

Dan Brown “Cəhənnəm”
Kitabdan çox təsirləndim!  Kitablarda müəllifin dünyasına dalmağı yüksək qiymətləndirirəm. Bu kitabı oxunaq,baş qəhrəmanla Avropanı gəzmək və onun möhtəşəm memarlığını seyr etmək kimidir.
Dan Brounun bütün kitablarında kimi,burda da gözlənilməz dönüşlər var.  Sonluq sizi düşünməyə vadar edir.

 

0001711997001-1.jpg

Stefan Sveyq “Bir qadının həyatından 24 saat”
Mənim gəlbimdə onun yaradıcılığı xüsusi yer tutur.Əsərləri böyük deyil,müəllif asan və axıcı yazır.Müəllif öz novellərində qəhramanlara qarşı mərhəmət və anlayış göstərir. Bir qadının həyatından iyirmi dörd saat” novellasının baş qəhrəmanı qırx iki yaşlı bir qadındır. Həyatda onun başına gələn ən böyük macəra cəmi bir gün çəkib. Lakin iyirmi ildən çox vaxt keçməsinə baxmayaraq, o, bu hadisəni heç kimə danışa bilmir. Utanan, vicdan əzabı çəkən qadın, nəhayət, bir gün iztirablarını dilə gətirir.

 

89913642_2585339025119738_1020315896876367872_n.jpg

F.M. Dostoyevski “Bəyaz gecələr”
Bu romantik məhəbbət hekayəsinin rəvayətçisi iyirmi yaşlarında, çox xəyalpərəst bir adamdır.Adını öyrənə bilmədiyimiz xəyalpərəst rəvayətçi Peterburq küçələrində dolanır.  İnsanları və binaları diqqətlə müşahidə edir və onlar haqqında müşahidələr aparır.  Belə gecələrin birində Nastenka adlı gənc qızla tanış olur.  Onlar bir-birlərinə həyat hekayələrini danışırlar.  Danışan Nastenkanın yanına gedir və onun tutulduğunu anlayır, lakin dərin hisslərini gizlədir.  Nastenka qoca nənəsinin kirayəçisi olan kənd adamına dəlicəsinə aşiq olur.  Kişi Moskvadan bir il qayıdacağını, orda iş üçün gedəcəyini deyir, ancaq bir məktub da yazmır.  Ancaq sonra hər şey dəyişir…

 

Kitap-D_2022062113020214414176.jpg

Sokrat “Bildiğim bir şey var,o da hiçbir şey bilmediğimdir”

(türkçə oxudum)

Sokratın tələbələri Platon və Ksenofont dialoqlar və hekayələr şəklində Sokratın fəlsəfi görüşlərini bizə çatdırdılar.  Bunun sayəsində biz Sokratın nəyi öyrətdiyini, həyatda əsas dəyərlərinin nə olduğunu, həyatın hansı problemləri ilə məşğul olduğunu bilirik.Sokratın mülahizə zəncirini izləmək və öz nəticənizi çıxarmaq çox maraqlıdır.

 

95766634_3374079652636325_8678880887163079184_n.jpg

L. N. Tolstoy “Hərb və sülh”
Monumental əsər, Rus ədəbiyyatının əsl şah əsəri.  Əminəm ki, bu kitabı təkcə məktəb kurikulumunun yuxarı siniflərində oxumaq lazım deyil, həm də bu əsərin dərinliyini tam qiymətləndirmək və hiss etmək üçün yetkinlik çağında mütləq təkrar oxunmalıdır.  Roman qəhrəmanlarının müharibəsi, emosional yaşantıları və axtarışları - hər şey çox canlı və real təsvir edilmişdir.  Və bütün çətinliklərə baxmayaraq, sonluq çox gözəldir:Pierre və Natalia tərəfindən tapılan sadə insan xoşbəxtliyinin təsviri.  Bu roman mütləq oxunmalıdır.

Məqalədə qeyd olunan məhsullar
2.79 AZN 3.49 AZN
Atama məktub
ədəd
12.32 AZN 15.40 AZN
Hərb və sülh (bütün hissələr)
ədəd
7.99 AZN 9.99 AZN
Milçəklər tanrısı
ədəd
1.68 AZN 2.10 AZN
Ermis
ədəd
8.79 AZN 10.99 AZN
1984
ədəd
7.99 AZN 9.99 AZN
Cəhənnəm
ədəd
3.12 AZN 3.90 AZN
Bir Kadının Yaşamından 24 Saat
ədəd
3.19 AZN 3.99 AZN
Bəyaz gecələr
ədəd
6.08 AZN 7.60 AZN
Bildiğim Bir Şey Var O da Hiçbir Şey Bilmediğimdir
ədəd