Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət

Ceyn Roulinq “Harri Potter” dünyasından iki yeni kitabın nəşr olunacağını elan edib

Harri Potter pərəstişkarlarını Hoqvartsın sevilən sakinləri haqqında iki yeni kitab gözləyir. Hazırda sehrbazlar dünyasına həsr olunmuş kiçik illüstrasiyalı bələdçilərdən ibarət Pocket Potters seriyasının davamı hazırlanır. Bu dəfə kitabların əsas qəhrəmanları professor Minerva Makqonaqal və əkizlər Fred və Corc Uizli olacaq.

Ceyn Roulinqin sözlərinə görə, “Harri Potter” dünyasından bəhs edən yeni kitablar HBO serialının ilk mövsümünün başa çatmasından bir neçə həftə sonra – 23 fevral 2027-ci ildə nəşr olunacaq. İlk 32 səhifəlik kitab professor Makqonaqala həsr ediləcək. Nəşrdə personajın həyat hekayəsi, eləcə də onunla bağlı maraqlı faktlar, sitatlar və müxtəlif istinadlar yer alacaq.

Digər kompakt kitabın əsas mövzusu isə Uizli əkizləri olacaq. Bu kitab vasitəsilə oxucular Fred və Corc haqqında daha çox məlumat əldə edə, onların ən əyləncəli zarafatlarını xatırlaya və Hoqvartsın gizli məkanları haqqında qardaşların qeyri-adi biliklərini daha yaxından kəşf edə biləcəklər.

Qeyd edək ki, hər iki kitabın müəllifi Ceyn Roulinqdir. Nəşrlər Natali Smit və Helen Breydinin illüstrasiyaları ilə təqdim olunacaq.

Digər paylaşımlar