Corc Oruellin "1984" romanı klassik antiutopiya sayılır. Sənətkarın şah əsəri sayılan "1984" ilk nəşrindən bu yana bütün dövrlərin ən oxunaqlı romanlarından sayılıb, ən məşhur siyahılarda ilk pillələrdə yer alıb.
"1984" diktatura rejiminin bütün siyasi kələklərini insanı vahiməyə salan çılpaqlığı ilə göstərir. Onun az qala hər abzasında sənətkarın iti müşahidələrindən, dərin zəkasından xəbər verən aforizmlər, bənzətmələr var. Bu əsər bizə deyir ki, bəli, elementar bəşəri prinsiplərin pozulduğu cəmiyyətlərdə hər cür absurdizm mümkündür, orada iki üstəgəl iki beş edər, orada qatıq qara ola bilər.
Sağlam məntiqə, insani dəyərlərə köklənməyən heç bir cəmiyyət, heç bir dövlət, heç bir millət "1984"də təsvir edilən şüur deformasiyasından, Böyük Qardaş avtoritarizmindən sığortalanmayıb.
Məhsulun kodu:9789952547528
Janr:
Roman
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Corc Oruell
Səhifə sayı:
400
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər1
Əla kitabdır. Tərcüməsi çox yaxşıdır. Anlaşıqlı, başa düşülən dildədir. Bir sıra maraqlı sözlər də öyrəndim. Azərbaycan dilinin söz ehtiyatı yaxşı istifadə olunub.
Kitabla bağlı bildirə biləcəyim mənfi cəhətlərdən biri kitabda bəzi orfoqrafik səhvlərin olmasıdır. Məsələn "dır" 4 variantlı şəkilçisi bir sıra yerlərdə "dı" kimi, "sınız" şəkilçisi isə orfoepiyaya uyğun olaraq "sız" şəklində yazılıb.
Digəri isə bir-iki yerdə "olası" sözü kimi türkcədə mövcud olan amma Azərbaycan dilində olmayan sözün işlənməsidir.
Amma ümumilikdə kitab çox yaxşı hazırlanıb. Bəyəndim.
şərhlər1