Qırğızıstanın xalq yazıçısı Çingiz Aytmatov müasir dünyanın ən qüdrətli söz ustalarındandır. Milliliklə bəşəriyyətin dahiyanə harmoniyası onun yaradıcılığının əsas xüsusiyyətidir. "Cəmilə", "Qırmızı yaylıqlı qovağım mənim", "Əlvida, Gülsarı", "Ağ gəmi", "Dəniz kənarıyla qaçan Alabaş", "Əsrə bərabər gün", Qiyamət", "Çingizxanın ağ buludu", "Əbədi gəlin" və s. kimi əsərlərində sadə adamların həyatı, onların sevgisi, insan-təbiət-cəmiyyət münasibətləri, xalqın milli özünüdərk məsələləri ustalıqla qələmə alınmışdır.
"Ağ gəmi" povestində birinci sinfə getməyə hazırlaşan balaca oğlanın arzularından, qurduğu xəyal dünyasından bəhs olunur. Yazıçı bu əsərində də əfsanələri real həyatla, yaşadığı zamanla əlaqələndirmişdir.
ISBN:
9789952243161
Janr:
Roman
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
Çingiz Aytmatov
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar