Hər şey qolundakı saatına baxa-baxa harasa tələsən qəribə geyimli dovşanla başladı. Dovşanın arxasınca gedən Alisa bir də gözünü açıb gördü ki, qeyri-adi, fantastik bir diyara düşüb. Yeyib-içdiyi hər şey onu ya həddən artıq balaca, ya da div kimi böyük edirdi. Göz yaşlarından yaranmış dənizdə boğulmaqdan güclə qurtulan Alisa gülməli bir çay qonaqlığına gəlib çıxdı, amma onu qarşıda hələ çox macəralar gözləyirdi... Əsl adı Charles Lutwidge Dodgson olan bu məşhur ingilis yazıçısı bütün dünyada Lewis Carroll (1832-1898) adı ilə tanınır. Oksford Universitetinin pofessoru olan Carroll, 40 ilə yaxın riyaziyyat müəllimi işləyib. Bir gün o, dostunun Alisa adlı qızını əyləndirmək üçün qoşduğu əhvalatları kitab halında toplamaq qərarına gəldi və nəticədə dünya oxucusu ədəbiyyat tarixinin ən maraqlı uşaq romanını tanıdı.
Məhsulun kodu:2001248804632
Janr:
Uşaq Ədəbiyyatı
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Lüis Keroll
Səhifə sayı:
160
Dil:
Azərbaycan
Метка:
Bestseller
şərhlər1
"Alisa möcüzələr ölkəsində" kitabını atası qızıma alıb. Maraqlı və macəra dolu kitabdır. Bizim balacamız bəyəndiyini deyir
şərhlər1