A.Belyayev «Amfibiya adam» romanında insan talelərinin ziddiyyətli dramatizmini ön plana çəkir.
Cərrah Salvator insan orqanizmini mükəmməlləşdirmək, onu nəinki yer üzərindəki var-dövlətin sahibi, eyni zamanda dəniz və okeanların sirrini öyrənmək, onu öz iradəsinə tabe etdirmək üçün qeyri-adi cərrahiyyə əməliyyatı aparıb insanı suda-quruda yaşaya bilən bir canlıya çevirmək istəyir. Cərrah, məqsədinə nail ola bilmir. Təklikdə, bütün aləmdən kənar, gizli bir sığınacaqda doğan və həyata keçirilən bu niyyət, vəziyyətin bütün mürəkkəbliyini əhatə edə bilmir. İxtiandr – insan-balıq bütünlüklə dənizlərin dərinliklərinin sahibinə çevrilmir və uzun müddət torpaq üzərində yaşamaq qabiliyyətini də itirir. Özünün bütün kədərini, qüssəsini, vəziyyətinin acınacaqlı olduğunu dəniz kənarına Quttiereni görüb sevəndən və öz mənfəətlərini güdən iki avantüristin gizli niyyətlərinin obyektinə çevriləndən sonra anlamağa başlayır.
ISBN:
2001283394631
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Aleksandr Belyayev
Səhifə sayı:
256
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər 5
Təşəkkür edirəm, kitabımı götürdüm. Hər bir əməkdaşınız çox sağ olsun.
Göstərilən xidmətdən razı qaldım, hər bir əməkdaşınıza təşəkkür edirəm. Kitabi da dərhal oxumağa başladım, xoşuma geldi.
İxtiandr adlı qəhrəman həm sudakı, həm də qurudakı həyatla mübarizə aparır. Onun fərqli olması və cəmiyyətin buna reaksiyası maraqlı edir hekayəni. Əslində, bu əsər sadəcə bir fantastik hekayə də deyil, biz insanın fərqli olandan qorxmasını, onu necə qəbul etməkdə çətinlik çəkdiyini göstərir. Oxuyanda öz həyatınla da paralellər aparırsan. Çox maraqlı və düşündürücü bir kitabdır. Kim oxusam bəyənər, məncə.
Kitabın məzmunu çox maraqlıdır.
Oğlum bu kitabı çox sevdi. Hər gecə yatmazdan əvvəl oxumaq üçün səbirsizlənirdi. Kitabın dili çox sadə və anlaşıqlı idi.
Bənzər məhsullar
Bununla birlikdə alırlar