“Yonca” uşaq redaksiyasının təqdim etdiyi bu vəsait “Ana dilində
danışır və əylənirəm” adlanır. Bu vəsaitdən istifadə etməklə siz
övladlarınıza səslərin doğru tələffüzünü, dedikləri sözlərin mənasını,
sadə kəlmələrin, məişətdə, həyatda işlənən sözlərin, söz birləşmələrinin
anlamını və tələffüzünü öyrədə bilərsiniz. Uşaqlar bu
söz və söz birləşmələrindən istifadə edərək özləri, ailələri, dostları
haqqında sadə hekayələr qura, sizə və yoldaşlarına danışa bilərlər.
İş dəftərindən uşaqlarla yanaşı, məktəbəqədər tərbiyə ilə məşğul
olan mütəxəssislər və valideynlər də yararlanacaqlar. Bu vəsait
uşaqların diqqətini maraqlı oyunlarla cəlb etməyi, onların özlərinin
müstəqil şəkildə oyunlar qurmağı üçün münbit şərait yaradacaq.
Nəzərə almaq lazımdır ki, uşaqlar ana dilini öyrənməklə öz dünyagörüşlərini
genişləndirir, ünsiyyətcil və diqqətli olurlar. Kitabın
üstünlüyü tapşırıqların oyun şəklində təqdim edilməsidir ki, bu da
uşaqları həm əyləndirir, həm də onların formalaşmasına təkan verir.
Sizə zehin açıqlığı arzu edirik, ƏZİZ BALALAR!
Hörmətlə:
Sevda Bəxtiyar
ISBN:
9789952389364
Janr:
Öyrədici vəsait
Nəşriyyat:
Yonca
Cild:
Yumşaq
Müəllif:
Sevda Bəxtiyar
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar