Brend haqda qısaca: FleurAmore – aromalı sabun güllərlə hazırlanmış müxtəlif kompozisiyalardan ibarət kreativ suvenirlərın təqdim olunduğu onlayn mağazadır.
Brendin əsas yaranma prinsipi hər bir suvenir hədiyyə ilə birgə xoş, səmimi və təkrarolunmaz izlər buraxmaqdır.
Brend 2021-ci ilin Fevral ayında təsis edilmiş və qısa müddətdə xeyli alıcı tərəfindən böyük maraq və sevgi qazana bilmişdir. Burada siz istənilən bayram üçün, ad günləri, xına mərasimləri, toy üçün xonçalar, körpə boksları, 8 Mart üçün fərqli və gözəl buketlər, Novruz bayramına özəl səbətlər və toy üçün güllərlə tanış ola, həmçinin əldə edə bilərsiniz.
Bizim onlayn mağazamızda siz həmçinin əl işi olan mürtəlif yaxa sancaqları və broşlarla da tanış ola bilərsiniz. Hər bir hədiyyə qutusu və suvenirlər individual olaraq hazırlanır, təkrarsızdır.
FleurAmore brendinə məxsus bütün məhsullarını brendin təsisçisi, sahibkar xanım Səadət Davudova hazırlayır.