XI əsrin ortalarında Yaxın və Orta Şərq tarixində mühüm hadisə baş verdi. Həmin dövrdə Böyük Səlcuqlu İmperiyası yarandı. Səlcuqlular oğuz türklərinin Qınıq boyundan idilər. Bu tayfanın başçısı Dukak bəyin oğlu Səlcuq bəydi. Sonradan bütün tayfa onun adı ilə Səlcuq türkləri adlanmağa başladı.
Ahmet Efenin bu kitabı Səlcuqluların Malazgirdi ələ keçirdiyi tarixdən sonra Anadoluda möhkəmlənməsindən, Toğrullar, Çağrılar, Alp Arslan və Məlikşahların Böyük Səlcuqlu İmperiyasını qurmasından və 243 il davam edən Anadolu Səlcuqlu Dövlətindən bəhs edir.
Onlar Malazgirddə açdıqları qapıdan indiki Türkiyə ərazisinə girib bu torpaqları, qanları və canları bahasına vətən etdilər. Əkdikləri fidanın kölgəsi olan Osmanlı 600 ildən çox dünyanı idarə etdi.
ISBN:
2001321564637
Janr:
Tarix
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Ahmet Efe
Səhifə sayı:
288
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 3
Tarixə marağı olan biri kimi bu kitabı çox sevdim. Anadolu Səlcuqları haqqında oxuduqca sanki o dövrlərə səyahət etdim. Sultanların hakimiyyət dövrləri və onların təsiri çox ətraflı təsvir edilib. Tarixi həqiqətlər və maraqlı detallarla dolu idi. Tarixi sevirsinizsə, mütləq oxumalısınız.
Tarixi kitabı oxumaq məni həqiqətən düşündürdü. Müəllifin tarixi hadisələri analiz etməsi və müəyyən kontekstə qoyması çox əhəmiyyətlidir.
Bir tarixsever olaraq cox beyendim. Cox ətraflı melumatlar var. Tarixi janrda oxumagi seven her kese mutleq tövsiyə edirem
Bənzər məhsullar
Bununla birlikdə alırlar