Kitabda Azərbaycan tarixinin az öyrənilmiş, son dərəcə əhəmiyyətli bir dövrü ilk dəfə geniş şəkildə araşdırılır. Əsər Aran Səlcuqlu malikliyi (1093-1119) va Aran Atabəyliyinin (1119-1153) siyasi, hərbi, mədəni və sosial-iqtisadi tarixindən bəhs edir. Mərkəzi Gəncə olan bu dövlət təxminən 60 il ərzində Böyük Səlcuq imperiyası və İraq Səlcuqlu dövləti daxilində baş verən hadisələrə istiqamət vermiş, bölgənin ən güclü siyasi və hərbi mərkəzlərindən birinə çevrilmişdir. Müəllif yalnız siyasi hadisələri deyil, həm də dövlət idarəçiliyi, gündəlik həyat, əhalinin tərkibi, mədəniyyət və xüsusilə hərb tarixini oxunaqlı və anlaşılan dildə təqdim edir. Bu monoqrafiya tarixə maraq göstərən hər kəs üçün həm etibarlı, həm də maraqlı mənbədir.
ISBN:
9789952856330
Janr:
Tarix
Nəşriyyat:
Mimta Yayımları
Cild:
Yumşaq
Müəllif:
Əkbər N. Nəcəf
Səhifə sayı:
503
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar