Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−5%

Arxipelaq Alovlanır

Nəşriyyat: Gündüz Yayınları
Müəllif: Jül Vern
Artikul: 2000303004635
Ölçü vahidi: ədəd
11.40 AZN
12 AZN
Qənaət 0.60 AZN
Onlayna özəl qiymət
Mövcuddur

Elmi-fantastik romanları ilə bütün dünyada məşhur olan fransız yazıçısı Jül Vern “Arxipelaq alovlanır” romanı - XIX əsrin 20-ci illərində yunan vətənpərvərlərinin azadlıq uğrundakı mübarizələrinə, onların Yunanıstanın istiqlaliyyəti naminə göstərdikləri qəhrəmanlığa həsr olunmuşdur. Bu əsər Jül Vernin ən yaxşı tarixi romanlarından biri kimi 1884-cü ildə Parisdə çap olunmuşdur.
Məlumdur ki, Jül Vern həmişə öz elmi-fantastik və tarixi romanlarında təsvir etdiyi ölkələrin, xalqların həyatı haqqında maraqlı məlumat verməyi də unutmur. Asılı və ya müstəmləkə vəziyyətində olan ölkələr, öz azadlığı və istiqlaliyyəti uğrunda işğalçılara qarşı mübarizə aparan xalqlar haqqında danışanda Jül Vern milli-azadlıq hərəkatına rəğbətini, zülmkarlara qarşı nifrətini gizlətməmiş, bütün varlığı ilə azadlıq carçısı olan, xalq işi uğrunda mətanətlə vuruşub qəhrəmanlıqlar göstərən surətləri xüsusi məharətlə təsvir etmişdir. “Arxipelaq alovlanır” əsərində də müəllifin yunan xalqının tarixi qəhrəmanlıq mübarizəsinə demokratik mövqedən yanaşdığı və Osmanlı imperiyasının Balkanlarındakı siyasəti əleyhinə olduğu aydın hiss olunur.
Romanda təsvir olunan hadisələr Yunanıstandakı azadlıq müharibələrinin, demək olar ki, son mərhələsi ilə bağlıdır və təxminən birillik dövrü əhatə edir (1827-ci ilin oktyabrından 1828-ci ilin sentyabrına qədər). Jül Vern bu dövrü məhz ona görə seçmişdir ki, Yunanıstanın istiqlaliyyəti uğrundakı vuruşmalarının ən maraqlı, ən dramatik lövhələrini qələmə alsın və hadisələrin inkişafının yüksək zirvəsini göstərə bilsin. Müəllif bu məqsədinə nail olmuşdur. Onun yaratdığı əsas və ikinci dərəcəli ( həm tarixi şəxsiyyətlər, həm də müəllifin uydurduğu) surətlər arasındakı mürəkkəb və gərgin konflikt tarixi hadisələrin əsas istiqamətinə uyğun olmaqla bərabər obrazlarının xarakterinin açılmasına imkan verir.

ISBN:
2000303004635
Janr:
Klassika
Nəşriyyat:
Gündüz Yayınları
Cild:
Yumşaq
Müəllif:
Jül Vern
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Aybəniz Şahidova
Jül Vernin fəlsəfi düşüncələrinin və təbiətin gizliliklərinin əksini yansıtan müasir bir macera romanıdır. Bu kitabın qəhrəmanları, adada yaşayan insanların və cəmiyyətin maraqlı dünyasına daxil olaraq müxtəlif sırların izini sürürlər. Vernin bu eseri, təbiət qanunları ilə insanın iradəsinin mübarizəsini və səyahət etmə arzusunu təsvir edir.
5 / 5
5 ulduz 1 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
8.49 AZN 9.99 AZN
Gündəlik
ədəd
4.24 AZN 4.99 AZN
Bəyaz gecələr
ədəd
11.04 AZN 12.99 AZN
Yeddi gözəl
ədəd
10.12 AZN 11.90 AZN
Sirlər xəzinəsi
ədəd
7.99 AZN 9.99 AZN
Əli və Nino (yeni)
ədəd
3.39 AZN 3.99 AZN
Nalayiq məzəli əhvalat
ədəd
9.59 AZN 11.99 AZN
Martin İden
ədəd
11.04 AZN 12.99 AZN
İki şəhərin hekayəti
ədəd
11.19 AZN 13.99 AZN
Odisseya
ədəd
5.59 AZN 6.99 AZN
Babək
ədəd
6.79 AZN 7.99 AZN
Oxşar
ədəd
8.49 AZN 9.99 AZN
Fitnələr qarşısında
ədəd
8.49 AZN 9.99 AZN
Xudafərin körpüsü
ədəd
12.74 AZN 14.99 AZN
Madam Bovari
ədəd
3.19 AZN 3.99 AZN
Anamın kitabı
ədəd
5.10 AZN 6 AZN
Şeyx Sənan
ədəd
16.92 AZN 19.90 AZN
Mələyin oyunu
ədəd
11.99 AZN 14.99 AZN
Tikanlıqda Şərqi Deyənlər
ədəd
3.39 AZN 3.99 AZN
Sevil
ədəd
11.99 AZN 14.99 AZN
Kapitan Qrantın uşaqları
ədəd