1918-1920-ci illərdə çap olunmuş “Azərbaycan” qəzetinin tam külliyyatından III cildi latın qrafikasında nəşr edilib. Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin orqanı olan “Azərbaycan” qəzetində rast gəlinən xəbərlər o dövrün hadisələrinə dair ilkin mənbələrdir. Məsələn, III cilddə “Qarabağ əhvalı” (1918-ci il, 5 dekabr, N 56) sərlövhəli yazıda oxuyuruq: “Ağdam Milli Komitəsindən və Ağdamda yaşayan Şuşa şəhəri sakinləri tərəfindən Azərbaycan Hökumətinə gələn teleqramlardan görünür ki, Zəngəzur, Şuşa, Cəbrayıl və Cavanşir qəzalarının dağbasar [dağətəyi] hissələrində toplanmış olan erməni üsyançıları tərəfindən müsəlman əhalisinə olmazın zülmlər edilir. Andranikin dəstəsi Şuşaya hücuma hazırlanır və əlyövm [hal-hazırda] Şuşanın 20 çağırımlıq (verst) bir məsafəsində “Müsəlmanlar” adlanan mövqedə vuruşma gedir. Yuxarıda adları yazılmış qəzaların erməniləri də Andranikin dəstəsinə qoşularaq əməliyyata iştirak edirlər.
Bu hadisələr, əhalinin həyəcanına və işdən-gücdən qalmasına səbəb olurlar. Bunun üçün də Ağdam Milli Komitəsi teleqraflarla Hökumətə müraciət edərək buna qarşı təcili tədbirlər ittixazını [görülməsini] rica edir”.
Qəzetin 1918-ci il 7 dekabr 58-ci nömrəsində dövrün qabaqcıl ziyalılarından biri olan Xəlil İbrahimin “Azərbaycan Parlamanı dəvəti münasibətilə” yazısı isə bu günün oxucusuna Cümhuriyyət hökumətinin demoratikliyindən xəbər verir: “Azərbaycan türkləri həmişə ağalıq, hakimlik üçün deyil, hüquqi-milliyyə və bəşəriyyənin təmini üçün çalışdıqlarını bir daha isbat edərək, Cümhuriyyətimiz daxilində yaşayan ümum vətəndaşlarımızı həyatımızın quruluşunda iştiraka dəvət etdilər. Azərbaycanda heç millət, heç sinif, heç silk [təbəqə] hakim ya məhkum ola bilməz. Hamı vətənin həm ağasıdır, həm nökəri. Hər bir vətəndaş gərək ümumi vətənin səadəti ilə məsud, ələmi ilə müəlləm olsun [kədərlənsin]”.
Kitabı vərəqlədikcə, 1918-ci ildə müxtəlif sahələr üzrə problemlər göz önündə canlanır. “Bakıda xalq məktəbi müdirlərinin yığıncağı” (16 dekabr, N66), “Maarif müfəttişlərinin yığıncağı” (18 dekabr, N67, 19 dekabr N68 və s.) sərlövhəli yazılar dövrün təhsil problemləri haqqında oxucuda geniş təsəvvür yaradır.
ISBN:
2000248414636
Janr:
Publisistika
Nəşriyyat:
Çaşıoğlu
Cild:
Bərk
Səhifə sayı:
546
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar