Ağstafa akasiya (may) balı rayonumuzun Muğanlı və Köhnəqışlaq kəndlərindən yığılıb. Zərif qoxusu, ləzzətli dadı ilə uşaqlarınızın sevimli qidasına çevrilə bilər. Arılarımız may ayının əvvəllərindən iyunun əvvəllərinə kimi əsasən akasiya (2 növ), qaratikan, yemişan, 3 növ qanqal, ağbaş yonca, ağ məryəmnoxudu, kəklikotu, iydə və başqa bitkilərdən nektar toplayıb. 100% təbii baldır.
May balı son dövrlər həkimlər tərəfindən ən çox təbliğ olunan ballardandır. Buna səbəb bu balın müsbət enerjisinin bol olmasıdır. Uşaqların immunitetinin güclənməsində, xəstələrin sağalma prosesinin tezləşməsində yaxşı təsiri var.
Bal \ Мёд \ Honey Ağstafa 400 q