Kaya öz pişiyi və yüz bir ədəd günəbaxanı ilə A-387 asteroidində, bir baobab ağacının koğuşunda yaşayarkən günlərin birində öz planetinə aid olmayan bir bitki tapır. Bu, öz planetinin həyat olmayan və qorxularını bəsləyən hissəsində tapdığı ötəri bir bitki deyildi, məhz Balaca Şahzadənin sevimli qızılgülü idi.
Başlanğıcı bu kəşf ilə cərəyan edən hadisələr fonunda biz Ekzüperinin yaratdığı dünyanın daha geniş üfüqlərinə səyahət edəcək, yeni simalar tanıyacaq və Kaya ilə birlikdə yeni fikirləri dadacağıq. Kim bilər, bəlkə də sözlərə tökülməmiş amma dərinlərdə hiss edilmiş neçə duyğularla bu misralar arasında rastlaşacaq və ya onları xatırlayacağıq.
"The Little Prince", "Alice in Wonderland" ləzzətində keçirəcək bir neçə saat istəyirsinizsə bu kitab sizin axtardığınız o ruhu səhifələri arasında daşıyır."