Roman kasıb və namuslu mətbəə işçisi – Kərəmin həyatından bəhs edir. Qazandığı az maaşın hamısını ailəsinə xərcləyən Kərəm günlərin birində təsadüfən bir tikintidən içində bir milyon dollar olan çanta tapır.
Hər şey də elə bundan sonra başlayır.
Bəs böyük pul özü ilə böyük xoşbəxtlik gətirirmi?
Qaraqanın "Bir milyon dollarım olsaydı..." romanında biz bu sualın cavabını aydın şəkildə görmüş oluruq.
ISBN:
2000923376327
Janr:
Roman
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Qaraqan
Səhifə sayı:
200
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 12
Ataş
17.06.2024 в 22:21
Çatdırılma çox sürətli idi! Kitab sifariş etdiyimdən bir gün sonra əlimə çatdı. Çox razı qaldım!
Səməd
16.06.2024 в 21:18
Qaraqanın her əsərini oxumuşam. Maraqlı qələmi var.
Vüsal N.
09.06.2024 в 11:45
Əsər çox təsirlidir. Ümumiyyətlə, Qaraqanın yazı tərzi və dilinin sadəliyi oxumağı asan və maraqlı edir. Ona görə də onun bütün əsərlərini sevərək oxuyuram.
Rzayev Yalçın
08.06.2024 в 22:17
Göndərmə prosesi sürətlə keçdi. Çatdırılma vaxtında mənimlə əlaqə saxladılar. Kitabımı təhvil verdilər. Ekspresslə sifariş vermişdim bir gün içində gəldi.
İbrahim
03.06.2024 в 23:21
Qaraqanın kitablarını oxumağı sevirəm də. Hər biri ayrı bir dünyadır sanki..
Sərxanov Natiq
15.05.2024 в 19:40
Mən hər səfərində başqa-başqa müəlliflərdən kitab oxumağa üstünlük verirəm. Çünki hər müəllifin fərqli düşüncələri və eyni hadisələrə fərqli yanaşması olur. Buda mənin daha çox bilgi edinmək deməkdir mənə görə. Bu dəfə Qaraqannan kitab oxumaq istədim. O tam başa cür yanaşır olaylara. Bu kitabını oxumaq daha da maraqlı gəldi mənə.
Nəcibə Ağabəyova
10.05.2024 в 22:35
Qaraqanın üç kitabını almışdım sizdən. İkisini oxumuşam möhtəşəm final səhnələri ilə sonlanıblar. İnidə bu kitabını oxuyuram. Artıq son səhifələrdəyəm və hiss edirəmki, yenedə möntəşəm sonluğ məni gözləyir.
Kərəm
10.05.2024 в 14:50
Qaraqanın qələmini çox bəyənirəm. Hər bir əsərini sevərək oxuyuram. Bütün dostlarıma da tövsiyə edirəm və indi də sizə tövsiyə edirəm. Mükəmməl əsərdir.
S. Alim
02.05.2024 в 21:05
Qaraqan həmişə maraqlı yazır, birdə mən onu açıq sözlü olduğuna görə beyənirəm. Müəllifi olduğu bütün kitablarda cəsarəti hiss olunur. Bu dəfəki kitabıda super.👍👍👍
Xədicə
24.04.2024 в 17:48
Müəllif Qarandırsa məlum məsələdir kitab maraqlı olacaq. Mən sifarişi verəndə belə düşünmüşdüm. Nəticədə yanılmadım. Hələki tam oxuyub bitirməmişəm. Son səhifələrdəyəm. Heç ayrılmaq istəmirəm kitabdan.
A. Jasmin
12.04.2024 в 21:39
Romanı məndə oxudum maraqlı idi. Kasib tələbə olan bir oğlan birdən varlaşır və elə romanın ən maraqlı hissəsidən buradan başlayır. Gerisini yazmıram onu da özünüz oxuyanda bilərsiniz. Sadəcə onu deyim ki, mən nəfəsimi dərmədən oxudum. O dərəcə maraqlıdır yəni.
Elmdar A.
05.04.2024 в 14:14
Bu kitabı oxuyarkən Qaraqanın unikal üslubu məni özünə çəkdi. Onun əsərləri həmişə məni düşündürür və həyəcanlandırır.