Çağımızın məşhur amerikalı filosoflarından olan Tams Neygel fəlsəfənin zehin, əxlaq, siyasət, epistemologiya və s. sahələrində bir çox yeni fikirləri ilə tanınır. Hal-hazırda o, Amerikanın Nyu-York universitetində professor kimi fəaliyyət göstərir. O, araşdırmaları və kitablarına görə dünyanın nüfuzlu fəlsəfi mükafatlarına layiq görülmüşdür. Bu kitab düşüncə tarixinə müraciət etmədən hər biri öz-özlüyündə anlaşıla bilən doqquz fəlsəfi problemə birbaşa giriş hesab olunur. Neygel bu kitabda heç bir “izm”ə və böyük filosofların fikirlərinə müraciət etmədən sadə bir dillə mövzunu təhlil etməklə oxucunun özünü mövzulara yaxın hiss etməsini təmin edir. Müəllif problemlərə konkret cavablar verməyərək onları açıq saxlayır və oxucunu düşünməyə vadar edir: “Fəlsəfəni öyrənməyə başlamaq üçün ən yaxşı yol fəlsəfi suallar barədə birbaşa düşünməkdir. Fəlsəfənin əsas qayğısı – hamımızın hər gün barəsində düşünmədən istifadə elədiyimiz ən ümumi düşüncələri sorğulamaq və anlamaqdan ibarətdir”. “Bütün bunlar nə deməkdir?” kitabı dünyanın 21 dilinə – çin, alman, portuqal, fransız, italyan və s. – tərcümə olunub və nəinki fəlsəfəsever insanları, hətta fəlsəfə ilə əlaqəsi olmayan şəxslərin də marağına səbəb olub. Kitabda həyatın mənası, ölüm, azad iradə, ədalət və bu kimi ən aktual fəlsəfi problemlərdən danışılır.
ISBN:
2000253194639
Janr:
Fəlsəfə
Nəşriyyat:
Parlaq İmzalar
Cild:
Yumşaq
Müəllif:
Tams Neygel
Səhifə sayı:
136
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar