Çarli Baket kasıb bir ailədə dünyaya gəlib. Atası diş pastası fabrikində işləyir, aldığı maaş çox azdır, hətta normal qidalanmaq imkanı yoxdur. Çarlinin ən çox sevdiyi şey şokoladdır. İldə bir dəfə, ad günündə valideynləri ona bir qəlib şokolad hədiyyə edir. Onun yaşadığı şəhərdə, hətta evlərinin yaxınlığında şokolad fabriki var. Çarli hər gün məktəbə gedəndə bu fabrikin yanından keçir, ətrafa yayılan əridilmiş şokolad qoxusunu iyləyir. Onun ən böyük arzusu o fabrikin içinə girmək, orda işləyənlərin kim olduğunu öyrənməkdir. Nəhayət, arzusu çin olur. Bir gün fabrikin sahibi qəzetdə elan verir. Satışda olan şokolad qəliblərindən beşinin içində Qızıl bilet var. Kim bu bileti tapsa o fabriklə tanış olacaq, sonda da ona ömrünün sonunacan kifayət edən şirniyyat veriləcək. Çarli beş biletdən birini tapır.
ISBN:
2000923381307
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Roald Dahl
Səhifə sayı:
192
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar