...Bleyk qadının sözlərinə fikir vermədi, onu qucağına alıb yuxarı mərtəbədəki yataq otağına apardı. ...Samanta aşağı düşəndə səhər tezdən idi. Axşam yemək otağının döşəməsində qalan paltarları orada yox idi, stolun üstündəki qablar da götürülmüşdü. Samanta utandı. Evin qulluqçusu ilə aşpazı onların yemək otağında sevişdiyini yüz faiz bilmişdi. Qız Meri ilə Luizanı görəndə onların üzünə baxmağa utandı. Hər ikisi Samantaya qarşı çox nəzakətli idi. Samanta ürəyində fikirləşdi ki, bəlkə Bleyk keçmiş sevgililəri ilə yatandan sonra onlar döşəmədən pal-paltar yığışdırmağa adət ediblər. Avropaya yola düşməmişdən qabaq paltarlarını yığanda Samanta Bleykə bu haqda sual verdi: – Bleyk, sənin paltar dolablarında keçmiş sevgililərinin alt paltarını tapa bilərəmmi? Yəni sənin evində Vanessanın, ya da Jaklinin ayrıca paltar dolabı varmı? Samanta yaxşı bilirdi ki, bu sualı verməli deyil. Amma öyrənmək istəyirdi ki, Bleyk məşuqələri ilə bu evdə sevişib, ya yox...”
ISBN:
9789952515350
Janr:
Roman
Nəşriyyat:
Yay
Cild:
Yumşaq
Müəllif:
Ketrin Baybi
Səhifə sayı:
356
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar