Uşaqların çəkdiyi şəkillər onların daxili aləmindən, duyğu-düşüncələrindən xəbər verir. Uşaqlar sözlə deyə bilmədiklərini rənglərlə ifadə edirlər. Uşaqların şəkil çəkərkən seçdiyi rənglər, çəkdiyi cizgilər bizə nə deyir? Şəkillərdəki detallar nədən xəbər verir? Uşağın hansı problemi var? Bəlkə, valideynlər onunla düzgün davranmır? Bəlkə, məktəbdə onunla kobud rəftar edirlər? Bu kitab boyu real şəkillər və izahlar vasitəsilə yuxarıdakı suallara cavab axtarılır. Ölkəmizdə ilk dəfə uşaq şəkilləri mövzusunda yazılan bu kitab əsasən valideynlər, müəllimlər, müvafiq ixtisasın tələbələri və uşaqlarla işləyən mütəxəssislər üçün nəzərdə tutulmuşdur.
ISBN:
9789952492255
Janr:
Öyrədici
Nəşriyyat:
Bərəkət
Cild:
Yumşaq
Müəllif:
Nərmin Rəhimli
Səhifə sayı:
128
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Kitabın hər səhifəsi öyrədici, faydalı məlumatlarla doludur. Çox maraqla oxuyuram və hər kəsə tövsiyə edirəm.
Bənzər məhsullar
Bununla birlikdə alırlar