İki uşaq anası Miryam ərinin narazılığına baxmayaraq, vəkil kabinetində işə başlamaq qərarına gələndə cütlük dayə axtarmağa başlayır. Namizədləri sərt şəkildə ələkdən keçirəndən sonra Luizi işə götürürlər. Dayə tezliklə uşaqların sevgisini qazanır və onların ailə ocağında yavaş-yavaş mühüm yer tutmağa başlayır. Sonradan qarşılıqlı asılılıq tələsi tədricən böyüyərək əsl faciəyə çevrilir.
Gənc cütlüyün, heyrətamiz və müəmmalı dayə personajının təsvirinin altında əslində dövrümüzün özü, onun sevgi və təhsil konsepsiyası, dominantlıq və pul əlaqələri, sinfi və ya mədəni qadağaları yatır. Leyla Slimaninin bəzən örtülü şəkildə poetik çalarlarla işlənmiş quru və kəskin yazı tərzi ilk səhifələrdən oxucuda ovsunlayıcı və intizar dolu gərginlik doğurur.