Axtarış
Əlaqələr

Biz həftənin 7 günü, saat 9:00 - 20:00 qədər çatdırılma edirik.

Şəxsi kabinet
Şəxsi kabinet
Sevimlilər
Sevimlilər
Səbət
Səbət
−20%

Dekameron

Artikul: 9789952267761
Daha az alındı 20 bir dəfə
Ölçü vahidi: ədəd
6.39 AZN
7.99 AZN
Qənaət 1.60 AZN
Onlayna özəl qiymət

“Dekameron”un hekayəçiləri incə zövqlü, hazırcavab və ziyalı gənclərdir. Əsərdə Dioneo, Filostrato və Pamfilo adı ilə verilən üç oğlan Bokkaççonun gənclik dövründə yazmış olduğu əsərlərdə iştirak edən obrazlardır və həmin obrazlarda müəllif çox zaman öz ilk gənclik əhvali-ruhiyyəsini ifadə etmişdir. 

Mövcud deyil0

“Dekameron”un hekayəçiləri incə zövqlü, hazırcavab və ziyalı gənclərdir. Əsərdə Dioneo, Filostrato və Pamfilo adı ilə verilən üç oğlan Bokkaççonun gənclik dövründə yazmış olduğu əsərlərdə iştirak edən obrazlardır və həmin obrazlarda müəllif çox zaman öz ilk gənclik əhvali-ruhiyyəsini ifadə etmişdir. “Dekameron”da bu gənclərin təbiət və xasiyyətləri Bokkaççonun gənclik dövründəki əhvali-ruhiyyəsinin keçdiyi mərhələləri təmsil edir: Dioneo həssas və şən, Filostrato xəyalpərvər, Pamfilo isə ciddi və ağıllıdır. Gənclərin bu xarakteri onların hər birinin söylədiyi hekayədə də öz ifadəsini tapır.

Eyni vəziyyəti qızların obrazlarında da görürük. Bokkaçço onların hamısının həqiqətən Florensiya şəhərində adlı-sanlı ailələrdən çıxdığını və real adamlar olduğunu söyləyir. Lakin bəzi mülahizələrə görə Bokkaçço qızların həqiqi adlarını gizlətməyi üstün tutur və onlara başqa adlar verir. Hər halda maraqlı cəhət budur ki, təsvir olunan qızların xarakteri də Bokkaççonun ilk əsərlərində məhəbbət macəralarının iştirakçıları kimi qələmə alınmış qızların xarakterini xatırladır. Yeddi qızdan birinə bilavasitə Fyammetta adı verilməsi də təsadüfi deyildir- bu obraz Bokkaççonun gənclik məhəbbətinin simvolu, “Fyammetta” əsərinin də qəhrəmanıdır. Beləliklə, əsərdə iştirak edən hekayəçilərin müxtəlif xarakterli olması söylənən hekayələrə də rəngarənglik gətirir.

“Dekameron” əsərini Covanni Bokkaçço 1352-1354-cü illər arasında yazmışdır. Bu əsər İtaliyada bədii nəsrin əsasını qoymuşdur. O zamankı italyan həyatını geniş təsvir edən, dinə, mövhumata və tərki-dünya ideyalarını təbliğ edən kilsəyə öldürücü zərbə endirən “Dekameron” İntibah realizminin parlaq ifadəsini verən sənət abidələrindən biridir.

ISBN:
9789952267761
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Covanni Bokkaçço
Səhifə sayı:
700
Dil:
Azərbaycan
Seriya:
Qırmızı Klassika
Метка:
Ekspress
Məhsul haqqında rəylər 1
Nanə Şahbalayeva
20.10.2024 в 21:25
Əsərin dilinə və ifadələrinə o qədər yaxşı diqqət yetiriblər ki, oxuduqca sadəcə zövq alırsan. Belə peşəkar tərcümə az-az rast gəlinir.
5 / 5
5 ulduz 1 4 ulduz 0 3 ulduz 0 2 ulduz 0 1 ulduz 0 Qiymətləndirmə olmadan 0
Bənzər məhsullar
11.92 AZN 14.90 AZN
Varlıq və heçlik
ədəd
9.52 AZN 11.90 AZN
Emma
ədəd
10.32 AZN 12.90 AZN
Get gözətçi təyin et
ədəd
4.72 AZN 5.90 AZN
Əbədi ər
ədəd
7.19 AZN 8.99 AZN
Taun
ədəd
Bununla birlikdə alırlar
12.72 AZN 15.90 AZN
Gecəyarısı uşaqları
ədəd