Kitabda cəmiyyət idarəçiliyi və onun ayrı-ayrı tərəfləri ilə bağlı demokratiya məsələlərindən bəhs edilir. Topluda müəllifin mühacirətdə yaşadığı dövrdə sözü gedən mövzu ətrafında yazdığı məqalələr, müxtəlif tədbirlərdə etdiyi çıxışlar və kütləvi informasiya vasitələrinə verdiyi müsahibələr əksini tapıb. Kitabda demokratiya, insan hüquq və azadlıqları, dövlət, hüquqi dövlət, hökumət, vətəndaşlıq anlayışları və s. bu kimi nəzəri məsələlərlə yanaşı, Azərbaycanda insan hüquqlarının praktik vəziyyəti ilə bağlı konkret hallar və eyni zamanda sosial dövlət olaraq Niderlandda təhsil, səhiyyə, dövlət və vətəndaş münasibətlərinin ayrı-ayrı tərəfləri barədə məlumat verilir.
Kitabdan siyasətçilər, hüquq müdafiəçiləri, aidiyyəti mütəxəssislər, tələbələr və bu mövzu ilə maraqlanan hər bir şəxs faydalana bilər.