Kitabda ABŞ və Çin arasındakı qlobal rəqabətin müxtəlif aspektləri araşdırılır. İki nəhəng gücün strategiyaları və tətbiq etdikləri müxtəlif taktikalar, rəqabətin qlobal nəticələri, Çinin uzunmüddətli planları, “Bir kəmər, bir yol” layihəsi və texnoloji hegemonluq cəhdi, ABŞ-nin liberal nizamı qorumaq səyləri, dollar hegemoniyası və hərbi gücü ilə verdiyi cavablar, eləcə də perspektiv planları incələnir. Bundan əlavə, rəqabətin mümkün gələcək ssenariləri və dünya nizamına təsiri qiymətləndirilir.
Etibarlı qaynaqlar əsasında futuroloji yanaşma ilə qələmə alınan bu kitab dünyanın yaxın gələcəyi, yeni dünya nizamının perspektiv mənzərəsi barədə əsaslar və ip ucları verir. Əsər qlobal siyasət, geopolitika və iqtisadiyyata marağı olanlar, bu istiqamətlərdə araşdırma aparanlar üçün dəyərli mənbədir.
ISBN:
9789952612004
Janr:
Tarix
Nəşriyyat:
Kosmo Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Xaləddin İbrahimli
Səhifə sayı:
376
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar