Bu əsərdə qəribə bir insandan – Andreas Dopplerdən bəhs olunur. Doppler ailəlidir, iki uşağı var. Bir gün velosipeddən yıxılır və qərara gəlir ki, ailəsindən, ətrafındakı insanlardan uzaqlaşıb meşədə tək-tənha yaşasın. Artıq işləmək, nümunəvi ailə başçısı olmaq, məcburən uşaq mahnılarına qulaq asmaq, cizgi filmlərinə baxmaq, sivilizasiyanın tələblərinə boyun əymək, məişət qayğıları içində boğulmaq istəmir. O, insanları sevmir, onlardan uzaq olmaq istəyir. Düz yeddi ay – noyabrdan maya qədər meşədə yaşayır, orada bir geyik öldürür və onun balası ilə dostlaşır. Bonqo adını verdiyi bu geyik balası yaxşı dostdur, çünki boş-boş danışıb onu bezdirmir, yalnızca qulaq asır. Əsər Dopplerin dilindən nəql olunur və biz onun daxili aləminə, düşüncələrinə bələd olduqca gülürük, əylənirik, onun haqlı olduğunu, ironik fəlsəfəsini sevdiyimizi özümüzə etiraf edirik. Və anlayırıq ki, əslində elə özümüz də Dopplerik, sadəcə, onun qədər cəsarətli deyilik
ISBN:
9789952532265
Janr:
Roman
Nəşriyyat:
Yay
Cild:
Yumşaq
Müəllif:
Erlend Lu
Səhifə sayı:
156
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar