Bu vəsaitin hazırlanmasında əsas məqsəd uşaqlara təbiət hadisələri ilə bağlı ilkin məlumatları vermək, onları ətraflarında olan əşyalarla tanış etmək, balacalara insanın dünyadakı rolunu başa salmaqdır. İstəyimiz odur ki, gələcəyimiz olan körpələrin dünyagörüşü genişlənsin, təbiətdəki elementar hadisələr haqqında təsəvvürləri olsun, ətraf aləmə qayğı ilə münasibət göstərməyin vacibliyini dərk etsinlər. Vəsaitdəki tapşırıqları uşaqlar məktəbəqədər tərbiyə müəssisələrindəki müəllimləri və valideynləri ilə birlikdə yerinə yetirəcəklər. Vəsaitlə məşğul olduqca uşaqların nitq qabiliyyəti formalaşacaq, onların məntiqlə düşünmək imkanları artacaq, müstəqil fikir yürütmək vərdişləri yaranacaq.
Məhsulun kodu:9789952386394
Janr:
Öyrədici vəsait
Nəşriyyat:
Yonca
Cild:
Yumşaq
Müəllif:
Sevda Bəxtiyar
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər13
Uşaqlar üçün faydalı kitabdır..
Uşaqların diqqətini çəkəcək kitabdır. Şəkilli olması daha cəlbedicidir.
Biz usaqlara aldiq maraqli oldu onlara.
Uşaqlardan qabaq özüm vərəqləyib baxdım, bəyəndim. Uşaqlarında xoşuna gəldi. Çox yaxşı öyrədici vəsaitdir. Məsləhətlidir.
Uşaqlar üçün çox faydalı və maraqlı kitabdır.
Nəvələrim sevdi bu kitabı. Həm əyləncəlidir həmdə ourədici.
Öyrədici kitab olmağını çox bəyəndim. Hətta düşündüyümdən də çox xoşuma gəldi.
Uşaqlar üçün çox faydalıdır.
Alinino.az saytına onagörə xoşum gəlirki hər yaşdan olan oxucular üçün kitablar tapmaq olur burda. Bir saat vaxt ayırıb sayta baxırıq yoldaşıma özümə üşaqlarımıza oxumaq istədiyimiz kitabları sifariş verirəm. Qısa vaxta evimizə qədər gətirirlər.
Təbiətdə baş verən hadisələri qızıma başa salmaqda əziyyət çəkirdim, indi isə bu kitab mənim əsl yardımçım oldu. Birlikdə oxuyur, ona asan dildə təbiət hadisələrini izah edə bilirəm. Uşaqların dünyagörüşünün formalaşmasında da kömək olacaq.
Çox bəyəndim. Maraqlı eyni zamanda öyrədici vəsaitdir. Qızımda çox bəyəndi. Birlikdə həm öyrənirik, həmdə əylənirik.
Bəyəndim öyrədici kitabdır. Həmdə müəllif uşaqların anlayacağı sadə dildə yazıb. Övladlarıma oxuyuram həvəslə dinləyirlər.
Sevda Bəxtiyar uşaqlar üçün mükəmməl əsərlər yazır, çox bəyəndim. Oğlumla gündəlik olaraq oxuyuruq
şərhlər13