Bu kitab daha cəsarətli , sevinc və bolluq içində yaşamağa addım-addım çatmağa ruhlandıran bir hekayətdir.
“Ferrarisini satan rahib” bütün ölkədə tanınmış, məşhur bir vəkil Culian Məntlin başına gələnlərdən bəhs edir. Culian karyerasına başlayandan yalnız daha çox pul toplamaq haqda düşünür, nəyin bahasına olursa-olsun var-dövlətini artırmaq istəyir. Bütün il boyu istirahətsiz iş prosesi onu mənəvi böhranla üzbəüz qoyur. Bir gün məhkəmə zalında tirtap yerə uzanıb özündən gedir.
Bir müddət müalicə olunandan sonra o villalarını, Ferrarisini satıb ömrü boyu arzuladığı Hindistana səyahət edir. Burada rastlaşdığı müdrik ona həyatı daha mənalı yaşamaq yollarını öyrədir. O geri qayıdıb keçmiş iş yoldaşına başına gələnləri danışır. Keçirdiyi düzgün həyat tərzi Julianı yaxşı mənada elə dəyişib ki, hətta keçmiş iş yoldaşı əvvəlcə onu tanımır.
Kitabda mənalı yaşamağın yolları göstərilib.
Kitab həyatını dəyişmək istəyənlər üçü stolüstü kitab ola bilər.
ISBN:
2000923377447
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Robin Şarma
Səhifə sayı:
248
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 7
Sifariş prosesindən tutmuş çatdırılmaya qədər hər şey çox peşəkar şəkildə təşkil olunmuşdu. Çox sağ olun.
Çox məmnunam, kitab həm yaxşı paketlənmişdi, həm də vaxtında gəldi. Yenidən sifariş edəcəm.
Motivasiya üçün əla seçimdir. Kitabı oxuduqdan sonra həyatımda müsbət dəyişikliklər etməyə başladım.
Həyatıma müsbət dəyişikliklər gətirən bir kitab oldu. Özümü inkişaf etdirmək və streslə daha yaxşı mübarizə aparmaq üçün yollar tapdım. Sizə də məsləhət görürəm.
Hər bir əməkdaşınıza təşəkkür edirəm. Bu kitabı da hər kəsə oxumağı tövsiyə edirəm.
Psixoloji sağlamlıq haqqında bu kitab çox məlumatlı və faydalıdır. Sizə də tövsiyə edirəm.
Bu kitab mənim üçün böyük ilham mənbəyi oldu. Həyatımı daha pozitiv və məqsədyönlü yaşamağa başladım.
Bənzər məhsullar
Bununla birlikdə alırlar