Conatan Payn – həyatın od-alovunun yandırdığı, görünməz cəbhənin əsgəri rahatlıq və sakitlik axtarışı ilə istefaya çıxır. O, Sürixin ən dəbdəbəli mehmanxanası olan “Mayster-Palas”da gecə inzibatçısı işinə düzəlir. Burada mehmanxananın arzuolunan sakini və zəngin əhli-kef Onslou Rouper adlı biri ilə rastlaşır. Bir müddət sonra Conatana məlum olur ki, o, iri beynəlxalq silah alverçisi və... Conatanın sevdiyi qadının – Sofinin qatilidir. Rouperdən qisas almaq istəyi Paynı yenidən Britaniya kəşfiyyatına xidmətə qaytarır. O, silah alverçiləri sindikatının məhv edilməsi üzrə qrupa daxil olmağa razılıq verir.
Casus dünyasının qaranlıq tərəflərini təsvir edən bu kitab inanılmaz dərəcədə həyəcanlıdır. Əsas qəhrəman keçmişdə etdiyi səhvləri düzəltmək və ədalət uğrunda mübarizə aparmaq istəyir. Kitabın hər bir səhnəsində gizli oyunlar, intriqalar və gərgin hadisələr sizi hadisələrin içərisinə çəkir. Xüsusilə qəhrəmanın ikiüzlü düşmənləri ilə qarşıdurması və öz əxlaq prinsiplərini qorumaq cəhdləri oxucunu heyran edir. Ceyn Le Karre ustalıqla bir casusun daxili dünyasını və onun keçmişi ilə mübarizəsini göstərir.
Mən oxuyub bəyəndim.
Yazarın hekayəni necə toxuduğuna heyran qaldım. Bu əsər mənə dedektiv janrını daha çox sevdirdi. 👍👍👍