Aristokrat qızların təhsil aldığı məktəbdə hər şey sakit və nəzarət altındadır, ta ki, gecəyarısı güllə səsləri eşidilənə qədər. Əvvəlcə bir müəllimənin, sonra isə məktəblə heç bir əlaqəsi olmayan bir qadının müəmmalı şəkildə öldürülməsi məktəbin sakit həyatını alt-üst edir. Kimsə təhlükəli bir sirri gizlədir, amma bu sirr nədir və niyə başqalarının həyatı bahasına qorunur? Bu dəfə istintaqa məşhur belçikalı detektiv Erkül Puaro da qoşulur. Onun işə qarışması ilə məktəbin sakit divarları arxasında gizlənən beynəlxalq intriqalar, siyasi sirlər və gözlənilməz əlaqələr bir-bir açılır. “Göyərçinlər arasında pişik” yaxşı qurulmuş süjet, maraqlı personajlar və gözlənilməz sonluqla dolu klassik detektiv hekayədir. Əsər həm məktəb atmosferini, həm də casus romanlarını sevənlər üçün əvəzsiz seçimdir.
Janr:
Detektiv
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Aqata Kristi
Səhifə sayı:
240
Dil:
Azərbaycan
Метка:
TEZLİKLƏ!
Çəki, g:
350
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar