Müəllifin bu kitabı bütün digər kitablarında olan ilham ideyalarını özündə cəmləşdirir.
Sharma bestseller olan digər kitablarından sitatlar çəkərək oxucuya gündəlik virtual təqvim təklif edir. O, oxucuya gündəlik sitatlar verməklə onları gün ərzində bu ideya haqda düşünmək və bu məlumatlardan istifadə edərək, həyatını daha keyfiyyətli, daha məhsuldar keçirməyinə köməklik göstərir.
Kitab həyatımızda gündəlik rutinlərdən daha önəmli olan nüanslar haqda düşünməyə və onlara önəm verməyə çağırır.
Burada deyilənlərə əməl edilərsə, insan peşə həyatında daha çox uğur qazanar və şəxsi həyatda daha çox sevinc tapar.
ISBN:
2001321534630
Janr:
Психология/Psixologiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Robin Şarma
Səhifə sayı:
408
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 14
Mağazanızın Sumqayıt filialından almışam bu kitabı. Oxuyuram çox maraqlı çıxdı. İşçinizə tövsiyəyə görə təşəkkür edirəm.
Oxuduqca həyatı daha yaxşı anlamağa başladım. Hər şey insanın öz düşüncələrindədir. Böyük dəyişiklik yaradan bir kitab.
Maraqlı qısa şərhlərdən ibarətdir, əladır
Bu kitabın təsiri uzun müddət yadda qalacaq. Özünü tanımaq və dəyişmək istəyənlər üçün əla mənbədir.
Oxuduqdan sonra özümə qarşı daha müsbət bir baxış qazandım. Kitab həyatımdakı bəzi vərdişləri dəyişmək üçün mənə güclü bir təkan verdi.
Kitabın dili çox sadə və anlaşıqlıdır. Robin Şarma hər bir insanın həyatına fərqli baxış bucağı gətirə bilir. Çox tövsiyə edirəm!
Kitab mənə öz limitlərimi necə aşa biləcəyimi öyrətdi. Özünə inamımı gücləndirdi. Mən bəyəndim, həqiqətən məsləhətli kitabdır.
Həyatıma yeni bir istiqamət vermək üçün bu kitab çox faydalı oldu. Əli və Nino komandası sizə də təşəkkür edirəm.
Oxuduğum bu kitab mənim üçün terapiya kimi oldu. Artıq öz yolumu tapmışam, daha bacarıqlı ola biləcəyimə inanıram!💪
Liderlik bacarıqlarımı inkişaf etdirdi. İş yerində daha inamlı və effektiv bir lider oldum, bu da layihələrin daha uğurlu olmasına gətirib çıxardı. Qısaca başarılı olmaq üçün çox sayda kitab oxumaq gərəklidir!
Bu kitab mənim üçün bir yol göstərici oldu. Həyatda məqsədlər qoymaq, hədəflərə nail olmaq və şəxsi inkişaf üçün dəyərli məsləhətlər verir. Mənə çox yararlı oldu!
Cox möhtesem kitabdi, mutleq oxunmalidir
Şarma "Ferrarisini satmış rahib" və digər çox satılan kitablar yazıb.Bu əsərlər şəxsi inkişaf, liderlik və gündəlik həyat dərsləri təklif edir.
Pisxoloji cəhətdən xoş təsir bağışlayır bu kitabı oxumaq. Içimə qəribə bir rahatlıq dolur oxuyanda. Ilham verir güc verir günün axarında ilişib qaldığım anlar olanda bu kitabı vərəqləyirəm özümçün nəsə bir çıxış yolu tapıram.
Bənzər məhsullar
Bununla birlikdə alırlar