“Tom Soyyerin macəraları”nın davamı kimi işlənmiş “Heklberri Finnin macəraları”nda zənci Cim obrazını romana gətirməklə müəllif irqi ayrı-seçkiliyə öz nifrətini bildirmişdir. Bu da əsəri ictimai məzmunlu roman səviyyəsinə qaldırmışdır. İrqi ayri-seçkiliyin tüğyan etdiyi illərdə bu cür ifşaedici mahiyyətli bir əsər yaratması Mark Tvenin vətəndaş cəsarətinin parlaq ifadəsi idi. XX əsrin tanınmış yazıçısı, Nobel mükafatı laureatı Ernest Heminquey heç də təsadüfi olaraq demirdi ki, bütün Amerika nəsri “Heklberri Finnin macəraları” romanından törənmişdir.
Məhsulun kodu:2001292784638
Метка:
Bestseller
Janr:
Uşaq ədəbiyyatı
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Mark Tven
Səhifə sayı:
392
dil:
Azərbaycan
şərhlər1
Çox maraqlı bir əsərdir. Hədiyyə verməmişdən öncə özüm biraz oxudum 😀😀
Ali & Nino team, sizə çox minnətdaram. Qısa zamanda və yaxşı keyfiyyətdə məhsul üçün. 👍
şərhlər1