Biz hamımız öz instinktlərimizin köləsiyik. Bunu bilən siyasətçilər, jurnalistlər, marketoloqlar bizi asanlıqla manipulyasiya edirlər. Linus Maksvell belə manipulyatorlardan biridir. Bu çoxüzlü adam kimdir – sənayeçi, alim, filantrop, seks ustası? Dünya bazarlarına ixrac etmək üçün “Həzz markası” seriyasından seks oyuncaqlarının istehsalına başlamaqla o, ictimai ideallara qarşı çıxır, hedonizmi təbliğ və təşviq edir. Hedonizm (həzçilik) təliminə görə, həzz hissi həyatda ən ali məqsəddir. Maksvell erotik həzzi ən yüksək səviyyəyə qaldırıb bu aludəliyini təkmilləşdirir, elmin son nailiyəti olan gözəgörünməz nanohissəciklərdən – nanobotlardan istifadə edib qorxulu layihələrə rəvac verir...
Kitabda insan anatomiyasının qeyri-adi təfsilatları, intim həzzin böyük spektrdə təsviri sürrealizm səviyyəsində, az qala, qrotesk yanaşma ilə təqdim edilir. Müasir Qərb dünyasının əsaslarını inkar edən Amerika yazıçısı Çak Palanik hər şeyi şübhə altına alır. Amma bu dəfə ən qadağan olunmuş bir mövzuya müraciət edir.
ISBN:
9789952366594
Janr:
Müasir nəsr
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Çak Palanik
Səhifə sayı:
272
Dil:
Azərbaycan
Метка:
Bestseller, Ekspress
Наличие товара:
есть в наличии
Məhsul haqqında rəylər 5
İnanılmaz dərəcədə təsirli və dəyərli kitabdır.
Bədii dili və personajların dərinliyi məni çox təsirləndirdi. Hekayə boyunca özümü hadisələrin içində hiss etdim.
Əsər çox maraqlı və dərin idi. Oxuduqca sanki bir macəraya qoşuldum. Məsləhətlidir.
Qanun nəşriyyatının növbəti uğurlu tərcümələrindən biri.👍👍👍 Çatdırılmalarıda sürətli və qüsursuz oldu.
Əgər fərqli mövzularda kitab oxumağı sevirsinizsə , bu kitab uğurlu seçim olacaq👍
Bənzər məhsullar