“Sapiens: Bəşəriyyətin qısa tarixi” kitabında insanın dünyanı necə fəth etdiyini izah edən Harari “Homo deus”da “sabah başımıza nə gələcək” sualına cavab verməyə çalışır.
XX əsrin ikinci yarısında bəşəriyyət yeni inkişaf modelinə keçəcək. Sosial münasibət və dəyərlərin digər formaları meydana gələcək.
Harari gələcəkdə insanların möhkəm sağlamlıq, xoşbəxtlik və ölməzlik qazanacağına əmindir.
Orqanizm alqoritmlərdən ibarətdir. Buna görə də Homo sapiens yerini Homo deusa verəcək. İnsanı müqəddəsləşdirən Humanizm məlumat selini mühüm sayan Dataizmlə əvəz olunacaq.
Cəmiyyəti formalaşdıran prinsiplər XXI əsrdə kökündən dəyişiləcək, bu isə həyatımıza mütləq öz təsirini göstərəcək. İndiyə qədər bəşəriyyət aclıq, epidemiya və müharibələrlə mübarizə aparırdı, bundan sonra xoşbəxtlik, ölməzlik və ilahi güc qazanmağa çalışacaq. Bütün bunları əldə edə bilsək, dünyamız necə olacaq? “Homo deus”u oxuyun və yeni eranın gəlişinin əlamətlərini indidən öyrənin! 
ISBN:
									2000923377706
								Janr:
									Elm
								Nəşriyyat:
									Qanun Nəşriyyatı
								Cild:
									Yumşaq
								Müəllif:
									Yuval Noah Harari
								Səhifə sayı:
									432
								Dil:
									Azərbaycan
								Метка:
									Bestseller, Ekspress
								Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar
Bununla birlikdə alırlar