Öz həyatını mənalandırmağı və onu gündəlik həyatda tapmağı bacaran insan xoşbəxtdir. Gündoğan ölkənin əksər sakinlərinin uzunömürlülüyü və məmnunluğu üçün məsul olan yapon prinsipi Ikigai məhz bundan ibarətdir. Yazıçı Bettina Lemke öz kitabında Ikigai fəlsəfəsinin təməl prinsiplərindən danışır, bir sıra tapşırıq və təcrübələr təklif edir. Onların köməyi ilə özünüzə bələd ola, ürəyinizi dinləməyi və Ikigai-ınızı tapmağı öyrənə bilərsiniz.
Müəllifin həssas və ruhlandırıcı rəhbərliyi altında, bir çox nümunələr əsasında və ilhamverici meditativ üsullarla uşaqlığın xoş arzularını xatırlayın, üstün tutduğunuz kitabları, bədii nümunələri təhlil edin, ən cəsarətli xəyallarınıza doğru yol alın. Kitabın əsas hissəsi təcrübidir. Siz hər tapşırığın yerinə yetirilməsi üçün dəqiq təlimatlar, həmçinin qeydləriniz üçün boş yer alacaqsınız.
ISBN:
2000167468086
Janr:
Psixologiya, özünüinkişaf
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Bettina Lemke
Səhifə sayı:
176
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 9
İkigai, oxuduğum bu kitab məni daha balanslı və sakit bir insan olmağa sövq etdi. Möhtəşəm bir kitabdır.
Hər kəsin oxuması lazım olan bir kitabdır. Mənə öz potensialımı kəşf etməyi öyrətdi.
Kitabı oxuduqca həyatıma yeni baxış bucağı qazandım. Mənəvi rahatlıq və özünə inam hissini gücləndirdi. Hər kəsə tövsiyə edirəm!
Həyatımı dəyişdirmək üçün ilham aldım. Müəllifin yanaşması çox məntiqli və əhatəlidir.
Kitabda özünü inkişafla bağlı çox faydalı məsləhətlər verilir. Öz həyatımı dəyişdirmək üçün bu kitabdan çox şey öyrəndim. İkigai kitabını hər kəsə oxumağı tövsiyə edirəm.
Bu kitab özümə qarşı daha diqqətli olmağım üçün vacib məqamlar öyrətdi. Oxuduqca düşüncələrim genişləndi.
Ecazkar bir kitabdır. Faydalı və maraqlı.
Həyat missiyanızı tapmaq üçün oxuna biləcək effektiv kitablardan biridir. 🤍
Coooox gozel kitabdir
Bənzər məhsullar
Bununla birlikdə alırlar