Nizami Gəncəvi yaradıcılığının ən yüksək zirvəsi və Şərq poeziyasının ən parlaq incisi sayılan “İskəndərnamə” “Xəmsə”nin beşinci kitabıdır. Dahi şair yaradıcılığının əzəmətli yekunu olan bu son əsərində ömrü boyu arzuladığı, həyatda görmək istədiyi ideal cəmiyyəti təsvir edib. “İskəndərnamə” poeması iki hissədən ibarətdir: birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır. “İqbalnamə” “Şərəfnamə” ilə bir yerdə bütöv əzəmətli əsər olan “İskəndərnamə”nin bir-biri ilə sıx bağlı iki budağıdır. “Şərəfnamə”də İskəndərin elm və siyasət aləmindəki böyük nailiyyətləri göstərilir. “İqbalnamə”də İskəndər kamil insan, alim və ağıllı, müdrik bir filosof kimi təsvir olunur. Bu hissədə Nizami ictimai, fəlsəfi düşüncələrə üstünlük verib, insan ağlının təntənəsindən bəhs edib, eləcə də insan və təbiət, yaradılış və dünya, həyat və ölüm, elm və din kimi məsələlərlə bağlı dövrün ən qabaqcıl görüşlərini əks etdirib. Bu kitab “İskəndərnamə”nin ikinci hissəsi –“İqbalnamə”dir.
ISBN:
2000923388474
Janr:
Poema
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Nizami Gəncəvi
Səhifə sayı:
312
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar