Kitabda elmin müxtəlif sahələrinin inteqrasiyası problemlərinə, o cümlədən dəqiq və humanitar elmlərin qarşılıqlı əlaqəsi məsələlərinə toxunulur. Öz yaradıcılıq imkanlarını – fiziki, emosional və intellektual qabiliyyətlərini səfərbər etməkdə çətinlik çəkən tələbələrə, gələcək peşə sahiblərinə və ümumiyyətlə, hər kəsə faydalı məsləhətlər verilir.
Əslində, ali texniki məktəblərin tələbələri üçün nəzərdə tutulmuş bu dərs vəsaitindən geniş oxucu kütləsi də yetərincə faydalana bilər.