Əsər atasını və gənc qardaşını itirmiş, anasıyla böyük bir
malikanədə yaşayan Alen adlı yeniyetmədən və onun eşqlə
etiqad arasında yaşadığı təbəddülatlardan, yaşadığı iztirablardan
bəhs edir. Atasından qalan böyük təsərrüfatı anası idarə
edir, o isə ruhi təlatümlərin burulğanında çabalayır.
Gənc Alenin anası ərindən qalmış təsərrüfatı bacarıqla
idarə edir, böyük oğlu Loran vərəm xəstəliyindən həyatını itirdikdən
sonra anası bütün ümidlərini ona bağlayır və onu varlı
ailədən olan bir qızla evləndirmək niyyətindədir.
Alenin bir kitab mağazasında görüb vurulduğu yaşlı qadın
ondan anasını atmağı tələb edir. Anası nə qədər tamahkar,
mülkiyyət düşkünü olsa da, Alen onu ata bilməz. Bu bitməz
iztirabların və qarışıqlığın içində Alen Janetta ilə qarşılaşır. Bu
təsadüf Janettanın ölümünə səbəb olsa da, oxucu günahkar
axtarışınada Alen tam olaraq günahkar olaraq görmür.
Yazçının yaratdığı şübhə labirintində oxucu çaşıb qala
bilər. Yazıçının məqsədi də məhz budur. Amma bütün şübhələrin
açarı və labirintin çıxışı var. Soyuqqanlı və diqqətli
mütaliə bizi həqiqətə doğru aparır…
Bəs, diqqətli oxucu Alenin iztirablarına soyuqqanlı yanaşa
biləcəkmi?
ISBN:
9789952384642
Janr:
Klassika
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Fransua Moriak
Səhifə sayı:
272
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər 2
Maraqlı əsərdir 👍
Əsərin adı ''Keçmiş zamanların yeniyetməsi'' olsa da, mövzusu günümüzdə aktualdır. Oxudum bitirdim san ki, bir film izlədim. Maraqlı kitabdır. Məni ən çox təsirləndirən Alenin anası ilə sevdiyi qadın arasinda qaldığı səhnələr oldu.
Bənzər məhsullar
Bununla birlikdə alırlar