Görkəmli fransız yazıçısı Aleksandr Düma (1802–1870) macəralarla zəngin tarixi romanların müəllifi kimi tanınır. Onun qələmindən çıxan “Qraf Monte-Kristo”, “Qrafinya de Monsoro”, “Üç muşketyor”, “Dəmir maskalı adam”, “Qara zanbaq” kimi əsərlər əksər dillərə tərcümə edilib və bu gün də maraqla oxunur.
Dümaya dünya şöhrəti qazandıran romanlardan biri də “Kraliçanın boyunbağısı” adlanır. Romanda hadisələr Fransa kralı XVI Lüdovikin sarayında cərəyan edir. XVI Lüdovikin kraliça Mariya Antuanetta üçün sifariş etdiyi bahalı boyunbağı saray daxilindəki ziddiyyətlər fonunda ağlasığmaz əhvalatların baş verməsinə gətirib çıxarır. Məhz bu səbəbdən də roman son səhifəsinədək birnəfəsə və böyük maraqla oxunur...
ISBN:
9789952245110
Janr:
Roman
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
Aleksandr Düma
Səhifə sayı:
144
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar