www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
“Laçın lətifələri” tanınmış şair İlham Qəhrəmanın “Laçın folkloru” (2009), “Gül dəftəri” (2011, 2018; iki dəfə çap olub), “Laçın lətifələri” (2014) və “Nə qaldı” (2020) kitablarından sonra şifahi xalq ədəbiyyatı nümunələrinin toplanması və tərtibatı sahəsində oxucularla altıncı görüşüdür.
Kitabda 30 ilə yaxın müddətdə qaçqın-köçkün həyatı yaşamış Laçın camaatından müəllifin topladığı orijinal lətifələrlə yanaşı Molla Nəsrəddin kimi xalq arasında məşhur gülüş qəhrəmanı ilə bağlı indiyədək heç bir yerdə çap olunmamış lətifələr də yer almışdır. Bundan əvvəl “Laçın folkloru” və “Laçın lətifələri” kitablarında yer alan lətifələr bu kitabda bir daha toplayıcı tərəfindən
sağmal-subay edilmiş və bədii cəhətdən zəif, estetik baxımdan məqbul olmayan bəzi lətifə və gülməcələr yeniləri ilə əvəzlənmişdir.
İlham Qəhrəman “Laçın lətifələri”nin bu nəşrini Laçın şəhərinin babalarımız tərəfindən salınmasının 100 illiyinə həsr edir.
Xalq dilimizin bədii-estetik gözəlliyini özündə əks etdirən bu nümunələrin həm folklor tədqiqatçıları, həm də geniş oxucu kütləsi üçün maraqlı olacağına inanırıq.
Yanaşı məhsullar
Oxşar məhsullar
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər