M.S.Ordubadi “Dumanlı Təbriz” əsəri ilə Azərbaycanda tarixi rоman janrının ilk gözəl nümunəsini yaratmışdır. XX əsrin ilk inqilablar dövrünün mənzərəsini müəllif məhz bu əsərində canlandırmışdır. Ümumiyyətlə, Şərq həyatı haqqında ilk həqiqi və dоlğun təəssürat, bədii, əfsanəvi dоna bürünmüş zəngin, hərtərəfli məlumat bu əsərdə vеrilmişdir. M.S.Ordubadinin Cənubi Azərbaycandakı inqilabı təsvir edən “Dumanlı Təbriz” romanı Səttar xan və Bağır xanın qəhrəmanlığından, eyni zamanda Cənubi Azərbaycan inqilabçılarının öz ölkələrini İran mürtəceləri və xarici imperialistlərinin zülmündən qurtarmaq üçün apardıqları mübarizədən bəhs edir. Əsərin əsas mövzusu Məşrutə hərəkatıdır. Məşrutə hərəkatı XX əsrdə baş vermiş azadlıq və demokratik inqilablar üçün ilk cığır açmışdı. Bu mənada Məşrutə hərəkatını Yaxın və Orta Şərq ölkələrində keçən yüzillikdəki milli azadlıq və demokratik hərəkatların “pioneri” adlandırmaq olar. 1905-1911-ci illərdə baş vermiş Məşrutə hərəkatının məqsəd və məramı yolunda canlarını qurban verənlərin sayı çoxdur. Əslində bu hərəkata pak vicdanla qoşulanlar, onu uğurlu qələbəyə çatdırmaq istəyənlərin hamısı qəhrəmandır, tariximizdə və yaddaşımızda həmişəyaşar insanlardır.
Məhsulun kodu:9789952365993
Janr:
Klassika
Nəşriyyat:
Əli və Nino Nəşriyyatı və Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Məmməd Səid Ordubadi
Səhifə sayı:
880
Dil:
Azərbaycan
Seriya:
Azərbaycan Klassikləri
Метка:
Ekspress
Çəki, g:
500
şərhlər5
Dumanlı Təbriz kitabı yaxşı kitabdır. Çatdırılma servisi yaxşı dır .böyük məmuniyyətlə yenə müraciət edəcəm.
Klassik əsərlər, insanın təbiəti, mədəni dəyərləri və məsələləri barədə ətraflı fikirlər təqdim edir və bu da onların daimi relevansını göstərir.
Dumanlı Təbriz kitabı 20-ci əsrin əvvəllərində İranın ictimai-siyasi mühitini təsirli şəkildə təsvir edir. Müəllif sosial dəyişiklikləri Təbriz şəhərinin dumanlı küçələrində baş verən hadisələr vasitəsilə təsvir edir. Kitab zəngin povesti və tarixi dərinliyi ilə məni dövrün atmosferinə təsirli formada səyahət etdirdi. Məmməd Səid Ordubadi fərdlərin daxili ziddiyyətlərini, ictimai çevrilişlərin əksini məharətlə idarə edərək unudulmaz ədəbi əsər yaratmışdır.
Məmməd Səid Ordubadi Azərbaycanın mühacir yazıçılarından biridir. Sovet dövründə vətənini tərk etmək məcburiyyətində qalan çoxsaylı azərbaycanlılardan biri kimi o, mühacir yazıçılar cəmiyyətinin üzvü idi. Bu kimi hadisələr onun əsərlərinə daha dərindən təsir edib və əsərlərini illər keçsə də hələ də oxunaqlı edir.
Azərbaycan bədii ədəbiyyatında Güney Azərbaycan mövzusu Məmməd Səid Ordubadinin “Məşrutə İnqilabı”na,həsr etdiyi “Dumanlı Təbrizı”əsəri olduqca möhtəşəm əsərlərdən biridir.
Yazar romanında təkcə xalqımızın başına gətirilən müsibətləri təsvir etməklə kifayətlənməmiş,bu faciələrin siyasi-ideoloji təhlilini şərh etməklə yanaşı,həm də gələcəkdə bu səhvlərin təkrar edilməməsi yollarını göstərmişdir.
şərhlər5