Bəşəriyyət tarixinin yetişdirdiyi nəhəng şəxsiyyətlərdən biri olan Leonardo da Vinçi yalnız böyük rəssam və heykəltəraş deyildi. O, eyni zamanda ensiklopedik biliyə malik alim, musiqiçi, memar və yazıçı idi. Maraq dairəsi hədsiz geniş olan Leonardo riyaziyyatdan tutmuş tibbəcən elmin ən müxtəlif sahələrinə baş vurmuş, bir çox mühüm ixtiralara imza atmışdır.
Həyatı qeyriadi hadisələrlə zəngin olan, özünəməxsus xarakteri ilə seçilən Leonardo da Vinçinin şəxsiyyəti və yaradıcılığı daim araşdırıcıların tədqiqat mövzusudur. Amerikalı məşhur bioqraf Valter Ayzeksonun bu kitabı indiyədək onun haqqında yazılmış əsərlər arasında xüsusi fərqlənir. Da Vinçi ilə bağlı birbirindən maraqlı faktlarla zəngin olan, heyrətamiz məlumatların yer aldığı kitab sizi bu nəhəng şəxsiyyətlə yaxından tanış edəcək.
ISBN:
9789952244588
Janr:
Tarix
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
Valter Ayzekson
Səhifə sayı:
160
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar