Kitab otuz ildən artıq liderlik təcrübəsinə əsasən qələmə alınıb. Müəllif karyerası boyu əldə etdiyi uğurlarla yanaşı, öz səhvlərindən də əxz etdiyi fikirləri bölüşür. Onları biznes, siyasət, idman, din və hərbi münaqişə sferalarında apardığı müşahidələrlə birləşdirərək zənginləşdirir. Liderlik qabiliyyəti irsi deyil. O yalnız öyrənilə bilər. Əgər liderliyin universal prinsiplərini mənimsəsəniz, siz də dünyanı lərzəyə gətirən dahi liderlərdən birinə çevrilərsiniz.
Kitab bir-birindən maraqlı və uğurlu liderlərin real hekayələrini nəql edir. Beləliklə, sizi məqsədinizə doğru ilhamlandırır. İçinizdə yatan gizli potensialı aşkarlamaqda sizə kömək edir. Nəticədə həyat tərzinizi dəyişdirir. Ən əsası, bu qaydalar aydın və sadə dildə xarakterizə edilir. Üstəlik, onların ailədə, cəmiyyətdə, işdə, bir sözlə, istənilən sahədə tətbiqi üçün konkret addımlar da təklif olunur.
Qaydaları müfəssəl izah edən hər fəslin sonunda tapşırıqlar yer alır. Onları yerinə yetirməklə özünüzü sınaya bilərsiniz.
ISBN:
9789952389531
Janr:
Psixologiya
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Con K. Maksvell
Səhifə sayı:
392
Dil:
Azərbaycan
Метка:
Ekspress
Çəki, g:
400
Məhsul haqqında rəylər 2
Kitab keyfiyyətli qablaşdırmada gəldi. Heç bir zərər yox idi və çox tez çatdı. Əli və Ninoya təşəkkürlər!
Hər birinizə təşəkkür edirəm. Sifarişin bu qədər peşəkar şəkildə tamamlanması məni çox sevindirdi. Gələcəkdə də sizinlə əməkdaşlıq etməkdən məmnun olacağam. Ən yaxşısınız!
Bənzər məhsullar
Bununla birlikdə alırlar