Sual-cavab formasında tərtib edilmiş bu kitab strateji marketinq sahəsində dünyanın ən məşhur ekspertlərindən biri, müasir marketoloqların yolgöstərəni hesab edilən Filip Kotlerin bilik və çoxillik təcrübəsinin məhsulu sayıla bilər. Siz bu kitabı oxumaqla marketinq üzrə mütəxəssislərə uğur qazanmaq üçün hansı vərdişlərin vacib olduğunu, şirkətdə marketinqin effektivliyinin necə qiymətləndirilməsini, tənəzzül zamanı hansı marketinq strategiyalarının daha məqsədəuyğun olduğunu, qloballaşma və yeni texnologiyalar ilə əlaqədar hal-hazırda marketinqin rolunun necə dəyişdiyini, marketinq şöbələrinin gələcəkdə necə olacağını öyrənəcəksiniz.
Kitab şirkət rəhbərləri, marketinq menecerləri, praktik marketoloqlar, brend menecerlər, ali ixtisas məktəblərinin müəllim və tələbələrinə ünvanlanıb.
Məhsulun kodu:2001269154631
Janr:
Biznes
Nəşriyyat:
Qanun Nəşriyyatı
Cild:
Yumşaq
Müəllif:
Filip Kotler
Səhifə sayı:
264
Dil:
Azərbaycan
Метка:
Ekspress
şərhlər2
Kitabı oxuyandan sonra daha planlı və məqsədyönlü oldum. Hər kəsə tövsiyə edirəm, xüsusilə də iş dünyasında uğur qazanmaq istəyənlərə.
Çətin suallara qısa, amma dolğun cavab verən faydalı kitabdır. Düşünürəm ki, bəzi sualların cavablarının tapılması illər çəkən prosesdir. Buna görə də, faydalılıq və öyrədicilik əhəmiyyəti çox yüksəkdir
şərhlər2