www.alinino.az internet mağazasına xoş gəlmisiniz!
Sifarişləri Bakıya, regionlara və dünya ölkələrinə çatdırırıq!
Sifarişləri Bakıya, Azərbaycanın bölgələrinə və bütün dünya ölkələrinə çatdırırıq!
Bakı üzrə 30 manatdan yuxarı sifarişlərdə çatdırılma pulsuzdur.
.
"Məni itirməyin" kitabında xalq yazıçısı İsmayıl Şıxlının əfsanə və rəvayətləri, hekayələri və cəbhə xatirələri yer alır. İsmayıl Şıxlının bütün əsərləri maraqla oxunur, qələmə aldığı hadisələr uydurma deyil, gerçək həyatdan götürülüb. Hamısı yazıçının nə vaxtsa gördüyü, eşitdiyi, yaxud iştirakçısı olduğu əhvalatlardır. Sadəcə, janrın tələblərinə riayət etməklə bədii təxəyyülün süzgəcindən keçib. Bu əsərlərdə mənəvi- əxlaqi dəyərlər, həyat reallıqları, insan psixologiyası əks olunur. Yazıçının bütün əsərləri öz dili, üslubu, poetikası ilə seçilən dəyərli sənət nümunələridir. "Xalq yazıçımızın yarım əsrlik yaradıcılıq yolu barədə fikirləşəndə onun şəxsi keyfiyyətləri, gözəl, nəcib insanlığı, pedaqoji fəaliyyəti, sözün geniş mənasında müəllimliyi barədə danışmamaq olmur. O, həmişə görüşünə can atdığın, üzü nurlu, hər hərəkəti, hər sözü ilə nə isə bir şey öyrədən, bir şey təlqin edən insandır, əsl yaxşılıq məktəbidir, Azərbaycan ziyalılığı nümunəsidir,"
Kateqoriyadan məhsullar
şərhlər0
şərhlər