İsmayıl Şıxlının (1919–1995) romanlarının şöhrəti bəzən bir məsələni unutdurur. O, həm də mahir hekayə ustası idi. İri əsərləri ilə bərabər onun hekayələrində də mənəvi-əxlaqi dəyərlər öz əksini tapırdı. “Məni itirməyin”, “Köynək”, “Namus qaçağı”, “Namərd gülləsi”, “Qızıl ilan” və başqa hekayələri mövzu və məramına görə romanları ilə bir yolda inamla addımlayan nümunələrdi. İ.Şıxlının hansı əsərini oxusan, gözlərinin qarşısında böyük bir mənzərə açılır, lövhələr yaranır.
İ.Şıxlının “Əfsanələr və rəvayətlər” silsiləsindən hekayələri də var. O, xalq arasında yayılmış əfsanə və rəvayətləri mövzu kimi seçmiş, bu mövzulara yeni nəfəs vermiş, poetik, oxunaqlı bir formaya salmış, Azərbaycan dilinin, eləcə də söz sənətinin imkanları baxımından işləmişdir.
ISBN:
9789952242225
Janr:
Povest
Nəşriyyat:
Altun Kitab
Cild:
Yumşaq
Müəllif:
İsmayıl Şıxlı
Səhifə sayı:
208
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar