"Mənim ilk kitabım" vasitəsilə övladlarınız Azərbaycan əlifbasındakı hərflərin adlarını öyrənəcək, bu hərflərlə başlayan sözləri səsləndirməyi bacaracaqlar. İlk olaraq uşağın diqqəti öyrənilən hərfin sözün əvvəlində, ortasında, sonunda işlədilmə məqamına çəkiləcək. Hər dəfə yeni hərfi öyrənən zaman o artıq keçilmiş olan hərflərdən ibarət sözləri və mətni hecalarla oxumağı öyrənəcək. Bu zaman həm təkrar etmiş olacaq, həm də hərfləri daha yaxşı qavrayacaq. Burada həmçinin, demək olar ki, hər hərfə aid tapşırıqlardan istifadə edilmişdir ki, bu da keçilən mövzunun daha yaxşı mənimsənilməsinə xidmət edir. Uşaqlar hecaların köməyi ilə şəkilləri adlandıracaq və bununla da söz ehtiyatlarını bir az da artırmış olacaqlar. Əziz valideynlər, kitabda eyni zamanda uşaqların yaş səviyyəsinə uyğun şeirlər yer almışdır ki, bu da onların nitqinin inkişafına xidmət edir. Müxtəlif səhifələrdəki tapmacalar isə övladınızın məntiqi təfəkkürünün inkişafına, tez düşünmə bacarığının formalaşmasına səbəb olacaq.
ISBN:
9789952521412
Janr:
Uşaqlar üçün öyrədici vəsait
Nəşriyyat:
Bakı Uşaq Nəşriyyatı
Cild:
Bərk
Müəllif:
Rəşid Aslan
Səhifə sayı:
71
Dil:
Azərbaycan
Метка:
Ekspress
Məhsul haqqında rəylər
Burada hələ heç kim rəy yazmayıb. Birinci olun!
Bənzər məhsullar